Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə23/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   19   20   21   22   23   24   25   26   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Müəssisə miqyasında ixtisaslaşma isə-özünün konstruktiv quruluşuna, 
hazırlanma texnologiyasına görə analoq təşkil edən, tətbiq sahəsi məhdud olan, 
istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə 
təmərküzləşməsidir. 
Müəssisədaxili ixtisaslaşdırma müəyyən texnoloji əməliyyatların yerinə 
yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək 
cəmləşdirilməsidir.
Müəssisələr üzrə istehsalın ixtisaslaşdırılmasının əşya, hissə və texnoloji 
ixtisaslaşma formaları vardır. İxtisaslaşdırmanın əşya forması bilavasitə 
istehlakçıya çatan hazır məhsul istehsalının bu və ya digər bir müəssisədə 
cəmləşdirilməsi deməkdir. Hissələr üzrə ixtisaslaşma forması sonradan istehsalda 
istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı 
hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküzləşdirilməsi ilə 
səciyyələnir. Texnologiya üzrə və ya mərhələlər üzrə ixtisaslaşdırma forması bu və 
ya digər müəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə 
yetirilməsinə cəlb edilməsini səciyyələndirir.
İstehsalın ixtisaslaşdırılmasının dərinləşməsi, bütöv bir istehsalın öz tərkib 
hissələrinə parçalanaraq müstəqilləşməsi, onlardan hər birinin ayrılıqda təsərrüfat 
nəticələrini yaxşılaşdırsa da, onları bir-birindən asılı edir, bunların, ayrılıqda olsa 
da ümumi məqsədə çatmaq üçün səylərinin birləşdirilməsinə obyektiv ehtiyac 
yaradır. İxtisaslaşdırmanın dərinləşməsi eyni bir məhsul istehsalının iştirakçıları 
arasında təsərrüfat əlaqələrinin yaranmasını tələb edir ki, buna da istehsalın 
kooperasiyalaşması deyilir. 
2. Kooperasiyalaşma müəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan 
müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır. 
Kooperasiyalaşdırma prosesi aşağıdakıları özündə əks etdirir: 
- müəyyən istehsalın tələbatları üçün dəstləşdirici məmulatların və 
yarımfabrikatların göndərilməsi (istehsalı) və xidmətlərin yerinə yetirilməsini; 
- məlum məhsulun müəyyən alıcıları ilə təchizatçının əlaqələrini; 
- təchizatçının məhsul istehsal edən və yarımfabrikatı formalaşdırmaqda 
davam edən müəyyən istehlakçılar üçün yerinə yetirdiyi işini.
İxtisaslaşdırma istiqamətlərinə müvafiq olaraq kooperasiyalaşdırmanın 
aşağıdakı formaları fərqləndirilir: 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin