İstehsal firmasında ixtisaslaşdırma, kooperasiyalaşdırma və kombinələşdirmə 1.İxtisaslaşdırmanın mahiyyəti, formaları və onun səviyyəsini müəyyən edən göstəricilər 2. Kooperasiyalaşmanın mahiyyəti, formaları və onun səviyyəsini müəyyən edən göstəricilər 3. İstehsal firmasında kombinələşdirmə 1. Əmək bölgüsü əmək fəaliyyətinin ixtisaslaşması ilə əlaqədar olub, onun
növlərə ayrılması, lakin birgə, mövcud qarşılıqlı əlaqə və asılılıqda qalması ilə
nəticələnən ictimai-iqtisadi prosesdir. Əmək bölgüsü texniki və ictimai əmək
bölgüsü kimi iki qrupq bölünür.
Texniki əmək bölgüsü-müəssisə miqyasında istifadə olunan insane əməyinin,
tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar
üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
İctimai əmək bölgüsünün özünün 3 forması bir-birindən fərqləndirilir:
- ümumi əmək bölgüsü iqtisadiyyatın iri sahələrə-sənaye, kənd təsərrüfatı,
nəqliyyat və s. bu kimi sahələrə bölünməsində təzahür edir;
- xüsusi əmək bölgüsüözünü sənayenin, kənd təsərrüfatının və başqa
sahələrin daxilində müxtəlif müstəqil sahələrin ( alt sahələrin) əmələ gəlməsində
göstərir;
- fərdi əmək bölgüsü bilavasitə müəssisə miqyasında baş verdiyindən onu
istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə-sex və istehsal
sahələrinə ayırmışdır.
Beləliklə, əmək bölgüsünün inkişafı və dərinləşməsi bir neçə səviyyədə-ölkə,
sahə, müəssisə və müəssisə daxilində baş verə bilər.
Sahə üzrə ixtisaslaşma-ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud
nomenklaturad məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin
etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılması, daha doğrusu, təhkim
olunması deməkdir.