4. Firmada istehsalın təşkili formaları istehsal prosesinin elementlərinin
arasında zaman və məkan baxımından yaranan sabit əlaqələr sisteminin
müxtəlifliyini ifadə edir. Müxtəlif zaman və məkan strukturuna malik sistemlər
istehsalın müxtəlif təşkili formalarını əmələ gətirir. Bunlara texnoloji, predmet,
düzxətli, fərdi və qarışıq formalar aiddir.
İstehsal prosesinin təşkilinin texnoloji forması predmetlərinin ardıcıl
verilməsinə əsaslanan sex strukturları ilə xarakterizə olunur. Bu forma texnoloji
prosesdə dəyişikliklərin baş verdiyi xırda seriyalı istehsallarda daha səmərəlidir.
İstehsalın təşkilinin predmet formasıxammal və materialın istehsala
verilməsinin paralel-ardıcıl ötürülməsi ilə qarışıq məkan strukturuna əsaslanır.
Predmet strukturuna əsaslanan istehsal sahəsində texnoloji prosesin əvvəlindən
axırına qədər detallar qrupunun emalı üçün zəruri olan bütün avadanlıqlar
quraşdırılır.
İstehsalın təşkilinin düzxətli forması əmək predmetlərinin texnoloji prosesə
ardıcıl verilməsi əsasında xətti strukturla xarakterizə olunur. İstehsalın təşkilinin bu
forması ixtisaslaşma, düzxətlilik, fasiləsizlik, paralellik kimi prinsiplərə riayət
olunmasını təmin etməyə imkan verir.
İstehsalın təşkilinin fərdi formasında əməliyyatlar bütövlükdə bir iş yerində
yerinə yetirilir. Məmulat onun istehsalı ilə əlaqədar olan əməliyyatların əsas hissəsi
toplandığı yerdə hazırlanır. Bu formaya misal olaraq, məmulatın fəhlələr tərəfindən
onun ətrafında hərəkəti ilə qurqşdırılmasını göstərmək olar.
İstehsalın təşkilinin qarışıq forması materialların istehsala ardıcıl, paralel və
ya qarışıq şəkildə verilməsi ilə qarışıq və ya xətti struktura əsaslanan əsas və
köməkçi əməliyyatların vahid istehsal prosesində birləşməsinə əsaslanır. İstehsalın
təşkilinin qarışıq (birləşdirilmiş) formasında sahələrdə emaletmə, nəqletmə,
anbarlaşdırma və idarəetmə vahid istehsal prosesində birləşdirilir və bütün bu işlər
koordinasiya edilir.