Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Fərdi istehsal şəraitində istehsalın təşkilinin



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə19/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   15   16   17   18   19   20   21   22   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Fərdi istehsal şəraitində istehsalın təşkilinin özünəməxsus xüsusiyyətləri 
vardır. Bu istehsal tipində detallar, onların emalının üsulları müxtəlif olduğundan 
istehsal 
sahələri 
eyni 
təyinatdan 
olan avadanlıqların qruplar halında 
yerləşdirilməsinə əsaslanan texnoloji prinsip üzrə qurulur. İstehsalın bu cür 
təşkilində detallar hazırlanma prosesində müxtəlif istehsal sahələrindən keçirlər. 
Buna görə də, detalların istehsal sahəsinə (əməliyyatı həyata keçirmək üçün) 
verilməsi zamanı onların emalının keyfiyyətinə nəzarətin həyata keçirilməsi, 
nəqledilməsi , əməliyyatları yerinə yetirmək üçün iş yerlərinin müəyyən olunması 
məsələləri dəqiq müəyyənləşdirilməlidir.


Seriyalı istehsal şəraitində istehsalın təşkilinin bu və ya digər formasının 
tətbiqi istehsal sahəsinə təhkim edilmiş məmulatların əməktutumundan və buraxılış 
həcmindən asılı olur. Məsələn, böyük miqdarda hazırlanan və oxşar texnoloji 
prosesə malik iri, əməktutumlu detallar dəyişən axınlı istehsalın təşkili ilə bir 
istehsal sahəsinə təhkim edilir.
Kütləvi istehsal şəraitində işləyən müəssisələrdə sexlər istehsalı tam 
avtomatlaşdırmağa imkan verən daha mütərəqqi avadanlıqlarla təchiz edilir və belə 
müəssisələrdə avtomatlaşdırılmış axın xətlərinin tətbiqi geniş yayılmışdır. Kütləvi 
istehsal şəraitində mexaniki emalın texnoloji prosesləri üzrə keçidləri daha dəqiq 
hazırlanır.
İstehsal firmasında təmərküzləşdirilmə və müəssisənin optimal ölçüsü 
1. İstehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları 
2. İstehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri 
3. Müəssisənin optimal ölçüsü və onu müəyyən edən amillər 
1. İstehsalın ictimailəşməsi və əməyin bölgüsü öz əksini müəssisələrin 
iriləşməsində-istehsalın təmərküzləşməsində; əmək bölgüsünün dərinləşməsində-
ixtisaslaşma və kooperativləşmədə; texnoloji cəhətdən müxtəlif istehsalların bir 
müəssisədə uzlaşdırılmasında-kombinələşmədə tapır.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin