T
i.t
= ∑T
tex
+∑T
təb
+∑T
n
+∑T
nəq
+∑T
əa
+∑T
na
Burada, ∑T
tex,
∑T
təb,
∑T
n
, ∑T
nəq
-müvafiq olaraq texnoloji, təbii, nəzarət və
nəqletmə əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan vaxtlardır;
∑T
əa
-əməliyyatlararası fasilə vaxtı;
∑T
na-
növbələrarası fasilə vaxtı.
İstehsal tsiklinin ayrı-ayrı vaxt ünsürlərinin onun ümumi uzunluğunda xüsusi
çəkisi istehsal tsiklinin strukturunu əmələ gətirir.
İstehsal prosesləri nə qədər sürətlə baş verirsə, yəni istehsal tsikli nə qədər
qısadırsa, dövriyyə fondlarının dövretmə sürəti bir o qədər yüksək olar. Nəticədə,
müəyyən həcmdə dövriyyə fondu təsərrüfat dövriyyəsindən azad olur ki, bu da
müəssisədə istehsalın genişləndirilməsi üçün istifadə edilə və eyni zamanda
bitməmiş istehsalın həcmi azala bilər.
3. Firmada istehsal prosesinin təşkili istehsal amilindən: iş qüvvəsi, əmək
predmetləri və əmək vasitələrindən səmərəli istifadəni təmin etmək məqsədilə
onların zaman və məkan baxımından düzgün əlaqələndirilməsinə yönəldilmiş
texniki-təşkilati tədbirlər kompleksi nəzərdə tutulur.
İstehsal prosesinin təşkili müəyyən prinsiplərə söykənir və onlar
aşağıdakılardır:
- ixtisaslaşma prinsipi-müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında
əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;
- paralellik prinsipi-müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal
prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində həyata keçirilməsini
nəzərdə tutulur;
- mütənasiblik prinsipi-müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı
olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını
nəzərdə tutur;
- düzxətlilik prinsipi-xammal, material və ya yarımfabrikatın istehsala
buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə
əsaslanır;
- fasiləsizlik prinsipi-əməliyyatlararası fasilələrin maksimum ixtisar
edilməsini nəzərdə tutur;
- ahəngdarlıq prinsipi- müəyyən miqdar məhsulun hazırlanması üzrə istehsal
prosesi və onu təşkil edən ayrı-ayrı tərkib hissələrinin eyni vaxtdan bir təkrar
olunmasına əsaslanır.
Müəssisədə istehsalın səmərəli təşkilini müəyyən edən amillər içərisində
prioritet göstəricilərdən biri də iş yerinin təşkilinin necəliyidir. Fəhlənin iş yeri elə
təşkil olunmalıdır ki, o, (fəhlə) özünün əqli və fiziki imkanlarını tam gerçəkləşdirə
bilsin. Bunun üçün, ilk əvvəl, fəhlənin növbə ərzində istifadə edəcəyi texniki
vasitələr onun “əlinin altında” olmalıdır; fəhlənin işlədiyi mühit komfort
səviyyəsinə çatdırılmalıdır, onun ətrafında səs, toz, isti, buxar, işıq, rütubət, qaz və
s. bu kimi orqanizm üçün ziyanlı olan xarici təsirlər normanı keçməməli, minimum
səviyyədə olmalıdır.
|