Müəssisənin ləğvi qaydaları aşağıdakı kimidir:
1. Ləğvetmə kommisiyası müəssisənin dövlət qeydiyyatı haqqında məlumatın
dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının
tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu
müddət, ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən, iki aydan az
ola bilməz.Ləğvetmə kommisiyası kreditorları aşkar etmək və debitor borcları
almaq üçün tədbirlər görür, habelə müəssisənin ləğvi haqqında kreditorlara bildiriş
göndərir.
2. Kreditorların tələblərinin irəli sürülməsi müddət qurtardıqdan sonra
ləğvetmə komissiyası artıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən
müəssisənin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı,
habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlar daxil edilir. Aralıq
ləğvetmə balansını müəssisənin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin
təsisçiləri və ya nizamnamə ilə buna vəkil olunmuş orqanı təsdiq edir.
3. Əgər ləğv edilən müəssisədə olan pul vəsaiti kreditorların tələblərini
ödəmək üçün yetərli deyildirsə, ləğvetmə komissiyası müəssisənin əmlakını açıq
hərracda satır.
4. Ləğv edilən müəssisənin kreditorlarına pul vəsaitini ləğvetmə kommisiyası
aşağıda qeyd olunan növbəlik qaydasında, aralıq ləğvetmə balansına uyğun olaraq,
onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
Dostları ilə paylaş: