Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   6   7   8   9   10   11   12   13   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Maliyyə sahibkarlığı. Maliyyə sahibkarlığının əsas qurumları kommersiya 
bankları və fond birjalarıdır. Maliyyə (maliyyə-kredit) sahibkarlığının fəaliyyət 


sferası tədavüldür, dəyərlərin mübadiləsidir. Kommersiya bankı səhmdar 
cəmiyyəti tipli maliyyə-kredit təşkilatıdır. O, ödənişli əsasla kommersiya 
təşkilatlarını kreditləşdirməklə müştərilərin tapşırığı ilə pul əmanətləri (depozitlər) 
qəbul etmək və başqa hesablaşma əməliyyatları həyata keçirməklə məşğul olurlar. 
Fond birjaları isə yeni təsərrüfatçılıq şəraitində, mütəmadi fəaliyyət göstərən 
qiymətli kağızların alqı-satqı bazarıdır. Bu birjanın əsas fəaliyyət istiqamətləri 
qiymətli kağızların məzənnəsini müəyyən etmək və kapitalın səfərbərlik 
səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır.
Məsləhət 
(konsaltinq) sahibkarlığı. Konsaltinq-əmək məhsulunun 
istehsalçısı, istehlakçısı və onların vasitəçilərinə iqtisadi və idarəetmə məsələləri 
üzrə müxtəlif məsləhətlər, tövsiyyələr vermək və onların reallaşdırılması yollarını 
göstərməyə yönəldilmiş sahibkarlıq fəaliyyətidir.
İstehsal sahibkarlığı. Sahibkar fəaliyyəti növləri içərisində istehsal 
sahibkarlığı aparıcı rola malikdir. Bu sahibkarlıqdan məqsəd mənfəət əldə etmək 
üçün-məhsul hazırlamaq, istehsal xarakterli işlər görmək və xidmətlər 
göstərməkdir. 
Sahibkarlığın inkişaf etmiş bazaar iqtisadiyyatı ölkələrində təşkilati-iqtisadi 
formaları da olur. Bunkar konsern, assosiasiya, konsorsium, kartel, sindikat və 
maliyyə-sənaye qruplarıdır (MSQ). 
Konsern-kapitalın və istehsalın yüksək səviyyədə təmərküzləşməsi və 
mərkəzləşməsi əsasında yaradılan səhmdar cəmiyyətidir. Konsern özünün müxtəlif 
törəmə şirkətlərin səhmlərə nəzarət paketini əldə edir. Eyni zamanda onun 
(konsernin) törəmə müəssisələri digər, bəzi hallarda hətta əcnəbi ölkələrin səhmdar 
cəmiyyətlərinin səhmlərinə nəzarət paketini ala bilərlər. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin