sferası tədavüldür, dəyərlərin mübadiləsidir.
Kommersiya bankı səhmdar
cəmiyyəti tipli maliyyə-kredit təşkilatıdır. O, ödənişli əsasla kommersiya
təşkilatlarını kreditləşdirməklə müştərilərin tapşırığı ilə pul əmanətləri (depozitlər)
qəbul etmək və başqa hesablaşma əməliyyatları həyata keçirməklə məşğul olurlar.
Fond birjaları isə yeni təsərrüfatçılıq şəraitində,
mütəmadi fəaliyyət göstərən
qiymətli kağızların alqı-satqı bazarıdır. Bu birjanın əsas fəaliyyət istiqamətləri
qiymətli kağızların məzənnəsini müəyyən etmək və kapitalın səfərbərlik
səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır.
Məsləhət
(konsaltinq) sahibkarlığı. Konsaltinq-əmək məhsulunun
istehsalçısı, istehlakçısı və onların vasitəçilərinə iqtisadi və idarəetmə məsələləri
üzrə müxtəlif məsləhətlər, tövsiyyələr vermək və onların reallaşdırılması yollarını
göstərməyə yönəldilmiş sahibkarlıq fəaliyyətidir.
İstehsal sahibkarlığı. Sahibkar fəaliyyəti növləri içərisində istehsal
sahibkarlığı aparıcı rola malikdir. Bu sahibkarlıqdan
məqsəd mənfəət əldə etmək
üçün-məhsul hazırlamaq, istehsal xarakterli işlər görmək və xidmətlər
göstərməkdir.
Sahibkarlığın inkişaf etmiş bazaar iqtisadiyyatı ölkələrində təşkilati-iqtisadi
formaları da olur.
Bunkar konsern, assosiasiya, konsorsium, kartel,
sindikat və
maliyyə-sənaye qruplarıdır (MSQ).
Konsern-kapitalın və istehsalın yüksək səviyyədə təmərküzləşməsi və
mərkəzləşməsi əsasında yaradılan səhmdar cəmiyyətidir. Konsern özünün müxtəlif
törəmə şirkətlərin səhmlərə nəzarət paketini əldə edir. Eyni zamanda onun
(konsernin) törəmə müəssisələri digər, bəzi hallarda hətta əcnəbi ölkələrin səhmdar
cəmiyyətlərinin səhmlərinə nəzarət paketini ala bilərlər.
Dostları ilə paylaş: