həssaslıq dərəcəsi-elastiklik əmsalı müəyyən
olunmalıdır. Əgər tələbin qiymətə görə elastiklik səviyyəsi aşağıdırsa, onda
firmanın öz məhsullarına qiymətlərini artırması məqsəduyğun hesab edilir. Əksinə,
elastiklik səviyyəsi yüksək olan məhsullara isə qiyməti azaltmaq daha
məqsədəuyğundur,
çünki bu, firmanın öz məhsulunun satış həcmini və gəlirlərini
artırmağa səbəb olur. Tələbin qiymətə görə elastikliyini
nəzərə aalmaqla
hesablanmış qiymət firmanın öz məhsuluna müəyyən etdiyi qiymətin yuxarı
həddidir. Qiymətin tələblə müəyyən olunan yuxarı həddi ilə xərclərlə müəyyən
olunan aşağı həddi arasındakı interval daxilində firma
istehsal etdiyi məhsula
qiymət müəyyən edir. Firmanın məhsula müəyyən etdiyi qiymət bazardakı analoji
və ya oxşar məhsulların qiyməti və keyfiyyətinə uyğun gəlməlidir. Rəqiblərin
məhsullarını, onların qiymət kataloqlarını
öyrənərək, həmin firmaların bazardakı
dəyişikliklərə reaksiyalarını qiymətləndirərək və nəhayət, istehlakçılar arasında
sorğu apararaq firma bazarda öz mövqeyini düzgün
müəyyən etməli və bunun
əsasında məhsula qoyduğu qiymətləri dəqiqləşdirməlidir.