3)
Mənfəət vergisi-müəssisə və təşkilatların mənfəətindən qanunla
müəyyənləşdirilmiş dərəcə ilə hesablanaraq dövlət büdcəsinə köçürülür. 1 yanvar
2010-cu ildən mənfəət vergisinin dərəcəsi 20 faiz səviyyəsində müəyyən
edilmişdir.
4)
Mədən vergisi-ölkə ərazisindəki yeraltı sərvətlərdən səmərəli istifadə
etmək və onlar çıxarılarkən ayrı-ayrı sahələr arasında rentabellik səviyyəsiilə
əlaqədar rəqabət münasibətlərini tənzimləmək məqsədilə ödənilir. Mədən vergisini
yalnız yerin təkindən faydalı qazıntıların çıxarılması ilə məşğul olan müəssisələr
ödəyir. Bu vergiyə cəlb olunan faydalı qazıntı növlərini və vergi dərəcələrini
hökumət təsdiq edir.
5)
Əmlak vergisi-müəssisələrin balansında olan əsas vəsaitlərin məbləğindən
1 faiz dərəcəsi ilə ödənilir.
6)
Torpaq vergisi- müəssisə və təşkilatların mülkiyyətində və istifadəsində
olan torpaqlardan səmərəli istifadəni təmin etmək üçün hər il torpaq vergisi tutulur.
Verginin dərəcəsi torpağın təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və
keyfiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və təsdiq
edilir.
7)
Xarici iqtisadi fəaliyyətdən vergilər- firma, müəssisə və təşkilatların
idxal-ixrac əməliyyatları həyata keçirməsinə görə büdcəyə ödədiyi gömrük vergi
və rüsumlarıdır.
8)
Məcburi dövlət sosial sığorta haqqı- müəssisələr məcburi dövlət sosial
sığorta haqqını hesablanmış əməyin ödənişi fondunun 22 faizi və işçiyə verilən
əmək haqqının 3 faizi məbləğində Dövlət Sosial Müdafiə Fonduna ödəyirlər.
9)
Yol vergisi- ölkə ərazisinə daxil olan və avtomobil nəqliyyatı vasitələrinə
malik bütün fiziki və hüquqi şəxslərdən yollardan istifadəyə görə tutulur.
Dostları ilə paylaş: