Birinci funksiya çərçivəsində firma və ya müəssisənin maliyyə xidməti
aşağıdakı vəzifələri yerinə yetirir: firmanın aktivlərinin və bunların
maliyyələşdirilməsi mənbələrinin ümumi şəkildə qiymətləndirilməsi; firmanın əldə
olunmuş iqtisadi imkanlarının saxlanması və onun fəaliyyətinin genişləndirilməsi
üçün zəruri olan resurslarının tərkibinin və həcmlərinin qiymətləndirilməsi; əlavə
maliyyələşdirmə mənbələrinin ümumi şəkildə təhlili və qiymətləndirilməsi;
maliyyə resurslarının vəziyyətinə və səmərəli istifadəsinə nəzarət sisteminin
qiymətləndirilməsi.
İkinçi funksiya çərçivəsində firmaların maliyyə xidməti aşağıdakı
məsələlərin dəqiq qiymətləndirilməsini həyata keçirirlər: tələb olunan maliyyə
resurslarının həcmi; həmin maliyyə resurslarının əldə edilməsi formaları
(uzunmüddətli yaxud qısamüddətli kredit, nağd vəsaitlər); resursların əldə oluna
bilmə dərəcəsi və verilməsi müddətləri.
Firma və müəssisənin maliyyə xidmətinin üçüncü funksiyası investisiya
xarakterli
uzunmüddətli
və
qısamüddətli
qərarların
təhlilini
və
qiymətləndirilməsini nəzərdə tutur.
Firmanın maliyyə resursları dedikdə, onun maliyyə öhdəliklərini yerinə
yetirməsi, cari xərcləri və öz istehsalının genişləndirilməsi ilə əlaqədar olan özünün
pul vəsaitləri və borc alınmış vəsaitlərin məcmusu nəzərdə tutulur. Firmanın
maliyyə resursları yaranma mənbəyinə və mənşəyinə görə xüsusi və cəlb edilmiş
(borc) vəsaitlərinə bölünürlər. Müəssisələrin xüsusi vəsaitləri əsasən aşağıdakı
mənbələrdən formalaşır:
1. Mülkiyyətçi tərəfindən verilən capital-onun əsas hissəsini təşkil edən
nizamnamə fondu (səhmlərin satışından gələn vəsaitlər, mülkiyyətçi və təsisçilərin
pay vəsaitləri);
2. Hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyələşdirmə,
ianələr, xeyriyyə vəsaitləri);
3. Müəssisənin yaratdığı ehtiyatlar (ehtiyat kapitalı, əlavə kapital, yığılmış
mənfəət).