mənsub pul vəsaitlərindən istifadəyə görə faizlər aiddirlər.
Məhsulların,
göstərilən xidmətlərin və görülən işlərin satılması ilə bağlı olmayan gəlirlərə
müqavilə şərtlərini pozduqlarına görə “müqabil tərəflərin” ödədikləri cərimələr,
dəbbələmə pulu, peniyalar, təmənnasız, o cümlədən müqavilə əsasında bəxşiş kimi
verilmiş
aktivlər, iddia vaxtı keçmiş kreditor və deponent borcların
qaytarılmasından gələn gəlirlər aid olunurlar.
Fövqəladə hallarla əlaqədar daxil
olan gəlirlərə onun təsərrüfatçılıq fəaliyyətində baş verən fövqəladə hadisələrlə
bağlı daxil olan gəlirlərdir. Buraya yanğın, daşqın,
qəza və digər təbii fəlakət
halları üçün ödənilən sığorta ayırmaları, bərpası və istifadəsi mümkünsüz olan
aktivlərin satılmasından əldə olunan pul vəsaitləri aiddir.
Bazar iqtisadiyyatı şəraitində
mənfəətin əldə olunması müəssisənin
yaradılması və fəaliyyətinin əsas məqsədidir. Bazarda firma xüsusiləşmiş əmtəə
istehsalçısı kimi çıxış edir. Firma məhsula qiymət müəyyən edərək onu
istehlakçılara satır və müəssisəyə pul mədaxili baş verir. Bu zaman
mənfəət əldə
olunur. Maliyyə nəticəsini müəyyən etmək üçün mədaxillə məhsulun maya
dəyərini müqayisə etmək lazımdır. Əgər mədaxil maya dəyərindən çoxdursa, bu
mənfəətin alınmasını göstərir. Müəssisə həmişə çalışır ki, mənfəət əldə etsin. Əgər
mədaxil
maya dəyərindən az olursa, müəssisə zərərə düşür, iflasa uğrayır.
Dostları ilə paylaş: