metodun köməyilə iqtisadi hadisə və proseslərin real inkişafını-kəmiyyət və
keyfiyyət dəyişikliklərini və buna səbəb olan daxili ziddiyyətlərin mahiyyətini dərk
etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə onların həlledilmə qaydalarını
müəyyənləşdirmək olur.
Firmanın iqtisadi məsələlərinin öyrənilməsində statistik müşahidə və
müqayisəli təhlil metodları böyük əhəmiyyət kəsb edir. Onlar xüsusi və
ümumiləşdirici iqtisadi göstəriciləri toplamağa, firmanın iqtisadi və sosial inkişaf
dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər təsərrüfat subyektləri ilə
müqayisə etməyə imkan verir. Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi
məsələlərinin təhlilində riyazi modellər, təsviri qrafika metodlarından da geniş
istifadə olunur. Bu metodlar-konkret iqtisadi situasiyadan asılı olaraq ayrı-ayrı
iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv
qiymətləndirilməsinə imkan yaradır.
Dostları ilə paylaş: