Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə5/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   2   3   4   5   6   7   8   9   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İstehsalın təşkili tipinə görə sənaye müəssisələrinin üç tipi: kütləvi, seriyalı 
və fərdi tipləri olur: 
- kütləvi istehsal tipli müəssisələrdə həcmcə böyük, lakin həmcins və istehsalı 
daima təkrarlanan məhsullar istehsal edilir; 
- seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla buraxılır və onlar 
müəyyən dövrlərdən bir təkrarlanır; 


- fərdi istehsal tipli sənaye müəssisələrdə geniş nomenklaturada və çox 
hallarda istehsalı təkrarlanmayan məhsullar istehsal edilir. 
İstehsal firması ölkə iqtisadiyyatının əsası və bazarın subyekti olub, ictimai 
tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən və satan , 
hüquqi şəxs statuslu istehsal-təsərrüfat vahididir.
İstehsal firması və müəssisəsələrin tərkibinə daxil olan struktur bölmələrinin 
istehsal texniki vəhdətliyi ya buraxılan məhsulların iqtisadi təyinatının ümumiliyi, 
ya da onların konstruktiv quruluşları və hazırlanması texnologiyalarının oxşarlğı 
ilə şərtlənir. 
Təşkilati vəhdətlik idarəetmənin, perspektiv, cari və operativ planların, uçot 
və hesabatın vahid sisteminin, vahid nizamnamənin mövcudluğu ilə müəyyən 
olunur və bütün müəssisələr özlərinin nizamnamələri əsasında fəaliyyət göstərirlər. 
Müəssisənin nizamnaməsi, təsisçi bir fiziki və ya hüquqi şəxs olduqda onların 
özləri tərəfindən, təsisçiləri iki və daha çox fiziki və hüquqi şəxs olduqda isə 
onların ümumi yığıncağı tərəfindən təsdiq edilir.
İqtisadi vəhdətlik isə öz əksini firmanın qarşısında duran iqtisadi və social 
vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, həmçinin istehsal-
təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində tapır. İqtisadi vəhdətlik 
material-enerji resurslarının və maliyyə vəsaitlərinin bütün növlərinin vahid 
dövriyyədə birləşdirilməsi ilə əldə olunur. 
2. Firmanın istehsal quruluşu bir-birilə qarşılıqlı surətdə bağlı və asılılıqda 
olan müxtəlif vasilələrdən: sexlərdən, istehsal sahələrindən və ayrı-ayrı iş 
yerlərindən ibarət olur. İstehsal quruluşu onun tərkibinə daxil olan vəsilələr 
arasındakı kəmiyyət nisbətini ifadə edir. Firma və müəssisənin iqtisadiyyatına aid 
ədəbiyyatda onun iki növünü: ümumi və istehsal quruluşlarını fərqləndirirlər. 
Müəssisənin (firmanın) ümumi quruluşu dedikdə, onun tərkibini təşkil edən həm 
istehsal, həm də qeyri-istehsal sahələrinin məşğul etdikləri meydançaların, onların 
işçilərinin sayının, məhsul buraxmaq və xidmət göstərə bilmək qabiliyyətlərinin 
kəmiyyət nisbətləri nəzərdə tutulur. İstehsal firmasının istehsal quruluşu dedikdə 
isə, yalnız istehsal bölmələri-sexlərin, istehsal vasitələrinin, xidmət bölmələrinin 
(məhsul istehsalında birbaşa və dolayı yolla iştirak edən bölmələr) arasındakı 
məcmu qarşılıqlı əlaqələri başa düşülür. Firmanın quruluşu onun təsisçiləri 
tərəfindən, müəssisədaxili bölmələrin (məsələn, sexlərin) quruluşu isə müəssisənin 
rəhbərliyi tərəfindən müəyyən edilir. Firmanın istehsal quruluşu istehsal bölmələri 
arasındakı nisbətləri və qarşılıqlı əlaqələri, sexlər və istehsal sahələri arasında 
əmək bölgüsünü (kooperasiyanı), məhsul buraxılışında onların rolunu və 
əhəmiyyətini müəyyən etməyə imkan verir.
Müəssisə və firmanın istehsal quruluşu müxtəlif iqtisadi, təşkilati və texniki 
amillərin təsiri altında formalaşır ki, bu amilləri də bir neçə qrupa-makroiqtisadi, 


sahə və regional amillər qrupuna bölmək olar. Makroiqtisadi amillər müəssisənin 
istehsal strukturunun kompleksliyini və tamlığını müəyyən edir. Bu amillərə ölkə 
iqtisadiyyatındakı sahələrin tərkibi, onların diferensasiya dərəcəsi, xarici ticarət 
əlaqələri və s. aiddirlər. Firmanın istehsal quruluşuna onun mənsub olduğu sahənin 
ixtisaslaşma səviyyəsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin yerinə 
yetirilməsi imkanları, sahədə təchizat və satışın təşkili xüsusiyyətləri, başqa digər 
sahələrin xidmətləri ilə təmin olunma səviyyəsi kimi sahə amilləri də təsir 
göstərir. Müəssisənin quruluşuna (ümumi və istehsal) təsir göstərən regional 
amillər onun (müəssisənin) müxtəlif kommunikasiyalarla: qaz və su kəmərlərilə, 
nəqliyyatla, rabitə vasitələri ilə və s. təmin olunması səviyyəsi ilə əlaqədardır. 
Qeyd olunan makroiqtisadi, sahə və regional amillərin məcmusu müəssisənin 
fəaliyyət göstərdiyi xarici mühiti əmələ gətirirlər.
Müəssisənin əsas struktur vahidi sexdir. Sex müəssisənin inzibati baxımdan 
xüsusiləşmiş həlqəsi olmaqla, texnoloji baxımdan istehsal prosesinin-məhsul 
istehsalının müəyyən mərhələsi məhz burada yerinə yetirilir. Bir qayda olaraq 
sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə 
xarakterizə olunurlar. İstehsal firmasının tərkibinə daxil olan sexlər məhsulun 
hazırlanmasındakı rollarına görə aşağıdakı 4 qrupa bölünürlər: 1) əsas sexlər-
xammal və materialların hazır məhsula çevrilməsi üzrə texnoloji prosesin hansısa 
mərhələsinin bilavasitə yerinə yetirilməsi ilə məşğul olurlar. Əsas sexlərin istehsal 
imkanları müəssisənin məhsulburaxma qabiliyyətini müəyyən edir. 2) köməkçi 
sexlər-bilavasitə məhsul istehsalı ilə məşğul olmurlar, lakin əsas sexlərin normal 
fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal 
olaraq alət, təmir, model və s. sexləri göstərmək olar. 3) xidmətedici sexlər-
köməkçi sexlər kimi bilavasitə məhsulun hazırlanması ilə məşğul olmurlar, lakin 
onlar həm əsas, həm də köməkçi sexlərin normal fəaliyyət göstərmələri üçün şərait 
yaradırlar. Xidmətedici sexlərə misal olaraq nəqliyyat və enerji sexlərini, 
kompressor stansiyalarını, eksperimental sexləri, su təchizatını, anbar təsərrüfatını 
və s. göstərmək olar. 4) yardımçı sexlər-əsas sexlərin istehsal tullantılarından 
təkrar istifadə edilməsi (təkrar istehsalı) məqsədilə yaradılır və onlar müəssisədə 
hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayırlar. 
Belə sex və təsərrüfatlara missal olaraq tara hazırlayan sexləri, işlənmiş yağların 
regenerasiyası ilə məşğul olan sexləri göstərmək olar.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin