İstehsal etdikləri xammal və materialların xarakterinə görə hasiledici və
emaledici sənaye sahələri fərqləndirilir. Hasiledici müəssisələr təbiətin vermiş
olduğu sərvətlər-təbii sərvətləri əldə edirlər. Bu növ müəssisələrə missal olaraq
neft, qaz, dəmir filizi və s. hasil edən müəssisələri misal göstərmək olar. Emaledici
sənaye sahələri isə hasiledici sənayenin və kənd təsərrüfatının verdiyi xammalı
emal edirlər.
İl əraində işləmə müddətlərinə görə müəssisələr üç qrupa bölünürlər: bütün
il boyu fasiləsiz işləyən sənaye müəssisələri (məsələn, domna sobaları, marten
peçləri, neftayırma zavodları və s.), bütün il boyu fasiləli işləyən sənaye
müəssisələri (məsələn, maşınqayırma zavodları) və mövsümi işləyən sənaye
müəssisələri 9məsələn, şəkər, konserv, pambıqtəmizləmə vəs. zavodlar).
Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə
bölünürlər. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyəsindən asılı
olmayaraq müəssisələrin kiçik, orta və iri sahibkarlığa aid edilməsi demək olar ki,
bütün bazaar iqtisadiyyatı ölkələrində həyata keçirilir. Həm də bu zaman əsas
meyar kimi işçilərin sayı qəbul edilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti özünün “İqtisadi fəaliyyət növləri
üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri”
haqqında 20.04.2004-cü il tarixli 57 saylı qərarı ilə kiçik müəssisələrə işçilərinin
sayı və illik dövriyyəsinin həcminə yenidən baxmış və qruplaşmanı aşağıdakı kimi
müəyyən etmişdir: sənaye-işçilərin sayı 40 nəfər, illik dövriyyənin həcmi 200 min
manat; kənd təsərrüfatı-işçilərin sayı 15 nəfər, illik dövriyyənin həcmi 100 min
manat; tikinti-işçilərin sayı 40 nəfər, illik dövriyyənin həcmi 200 min manat;
topdansatış ticarət-işçilərin sayı 10 nəfər, illik dövriyyənin həcmi 300 min manat;
sair müəssisələr-işçilərin sayı 5 nəfər, illik dövriyyənin həcmi 100 min manata
qədər.