keçirilən texnoloji əməliyyatları özündə birləşdirir, onların məcmusudur. İstehsal
prosesi məhsulun istehsalı ilə bağlı, insanların silahlandıqları texnika vasitəsilə
əmək cisimlərinə yönəltdiyi məqsədyönlü, qarşılıqlı təsir və əlaqələri olan işlərin
vəhdətidir. İstehsal prosesinin hər bir mərhələsi, məxsusi (yaxud xüsusi)
proseslərdən ibarət olur. Xüsusi proseslər məhsul istehsalının müəyyən
mərhələsinin bitkinliyi ilə xarakterizə olunur (məsələn, tökmə sexində-torpağın
hazırlanması, formanın (qəlibin) qurulması, metalın əridilməsi, ərintinin qəliblərə
tökülməsi vəs.). Xüsusi proseslər özü də texnoloji (əsas) və köməkçi əməliyyatlara
bölünürlər.
Əməliyyat-istehsal prosesinin xüsusiləşdirilmiş tərkib hissəsi olmaqla-bir iş
yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, material,
yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin cəmindən ibarətdir.
Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər.
Dostları ilə paylaş: