e)
hüquqi amillər. Təsərrüfat hüququnun inkişaf səviyyəsi,
dövlətin
sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının
mövcudluğu və s.;
f)
siyasi amillər. Ölkənin siyasi sabitlik, dövlətlə cəmiyyətin qarşılıqlı
münasibətləri.
Yuxarıda sadalanan amillərin əksəriyyətini dövlətin tənzimləmə tədbirləri və
müəyyən qanunvericilik aktları vasitəsilə dəyişmək, təkmilləşdirmək və hətta ləğv
etmək olar. Burada istisnalıq təşkil edən təbiətlə bağlı amillərin bir qismidir-
məsələn, iqlim şəraitidir, regionun seysmiklik dərəcəsidir.
Firmanın
daxili mühitini, hər şeydən əvvəl, onun istehsal potensialı (gücü)
müəyyən edir. İstehsal potensialı yaradıcı xüsusiyyətə
malik fəaliyyətlə məşğul
olmaq üçün – məhsul istehsal etmək, istehsal xarakterli işlər görmək və xidmətlər
göstərmək-müəssisənin sərəncamında olan istehsal resurslarının məcmusudur.
Dostları ilə paylaş: