Aqreqat təmərküzləşməsi elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi,
aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı
yüksək olanların payının artması və onların daha böyük xüsusi çəkiyə malik
olmaları ilə xarakterizə edilir. Bu təmərküzləşmə forması bilavasitə elmi-texniki
tərəqqini əks etdirir və yalnız intensiv yolla inkişaf edir.
Təmərküzləşdirmənin istehsal-texniki forması qurulmuş avadanlıqların
sayca çoxaldılması yolu ilə baş verir. Bu o deməkdir ki, təmərküzləşdirmənin bu
forması yalnız ekstensiv yolla həyata keçirilir.
Dostları ilə paylaş: