Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə11/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   7   8   9   10   11   12   13   14   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

 Assosiasiya-müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil 
müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır. Assosiasiya konsernlə 
müqayisədə “demokratik” birlikdir. Belə ki, assosiasiyaya daxil olan hər bir 
müəssisə digər, başqa analoji qurumun da üzvü ola bilər. Bir qayda olaraq 
assosiasiya öz hərəkətinə görə, eyni ərazidə yerləşən ixtisaslaşmış müəssisələrdən 
ibarət olur. Bu qəbildən olan birliklər birgə səy əsasında elmi-texniki, istehsal
iqtisadi, sosial və digər məsələlərin həlli ilə məşğul olurlar.
Kartel-iqtisadi-təyinati, konstruksiyası və hazırlanma texnologiyasına görə 
həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır. Kartelin müəssisələri 
istehsal və kommersiya müstəqilliklərini və hüquqi şəxs statuslarını saxlayır, 
tərəfdaş sahibkarlar isə istehsal və satışda öz payları, satışın şərtləri, qiyməti və 
bazar barədə razılığa gəlirlər. Hazırda kartelə daxil olan iri trestlər bazarda inhisar 
yaratmaq əsasında maksimum mənfəət əldə etmək uğrunda mübarizə aparırlar.
Sindikat- kartel tipli inhisar birliyinin formalarından olub məqsədi iştirakçılar 
arasında satış və xammal tədarükü sahələrindəki rəqabəti azaltmaq və bazarlara 


nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir. Karteldən fərqli olaraq sindikatın 
xüsusiyyəti məhsul satışının təmərküzləşdirilməsidir. Əgər karteldə onun 
iştirakçılarının hər biri öz məhsullarını müstəqil satırlarsa və xammalı özləri 
sərbəst tədarük edirlərsə sindikatda bu işi vahid orqan-kontor həyata 
keçirir.Sonuncu sifarişləri təmərküzləşdirməklə, onları iştirakçılar arasında-
əvvəlcədən razılaşdırılmış kvota əsasında-bölüşdürür. 
Müasir dövr üçün yeni olan sahibkarlığın təşkilati-iqtisadi formalarından biri 
maliyyə-sənaye qruplarıdır. MQS-lər sənaye, bank, sığorta və ticarət kapitalı və 
habelə, müəssisə və təşkilatların intellektual imkanlarının birliyidir.
Cəmiyyətin, o cümlədən, sahibkarın özünün ehtiyaclarının təminatı 
sahibkarlıq üçün yaranmış mühitin, şəraitin necəliyindən bilavasitə asılı olur. 
Sahibkarlıq mühitinə aşağıdakı ünsürlər aid edilir: 
1. İqtisadi azadlıq. Bu azad sahibkarlığın həlledici şərtləri, bazar 
iqtisadiyyatının təməl prinsipidir. Bunsuz heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul 
olmaq qeyri-mümkündür, onsuz bazara çıxmaq, istehsal resursları əldə etmək, 
müəyyən mülkiyyətə sahib olmaq imkanı qeyri-real bir istəkdir. 
2. Şəxs maraq. Bu-sahibkarlıq üçün “lokomotiv”, sahibkarın isə varlanmağa, 
öz mülkiyyətini çoxaltmağa sövqedici qüvvədir.
3. Bazarın miqyası. Bu sahibkarlıq fəaliyyətinin nəticələrinin realizə olunma 
imkanlarının ölçüsüdür. Bazar nə qədər geniş və sivil olarsa, sahibkarlığın inkişafı 
üçün o qədər şərait yaranmış olar.
4. Rəqabət mübarizəsi. Bu –bazarın birbaşa, sahibkarlığın dolayısı ilə 
nizamlanması, iqtisadi azadlıqla şəxsi marağın sərhədlərinin müəyyən edilməsidir.
5. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin