tapmaqla fayda gətirən imkanların aşkarlanmasında köməklik göstərən sahibkara
məxsus vəziyyətdir.
b)
Kommersiya riski və təsərrüfatçılıq məsuliyyəti. Sahibkar müəyyən
təsərrüfat qərarı qəbul edərkən özünün bilik və təcrübəsi ilə yanaşı qorxu və
cəsarətinə, riskinə əsaslanır.
c)
İstehsal amillərinin kombinələşdirilməsi. İstehsal amillərinin hər
birindən qənaətlə istifadə etməklə istehsalın sinergetik səmərəliliyinə nail olmaq
məqsədilə onların sahibkar tərəfindən bir-birilə əvəzlənməsinin optimal
kombinələşmə variantının seçilməsidir.
d)
Yenilikçilik. Sahibkarlığa xas olan bu xüsusiyyət sahibkar üçün, onun
fəaliyyətinin nəticələri üçün çox böyük əhəmiyyət kəsb edir. Bazar
konyunkturasının mütəhərrik olması-vaxtaşırı dəyişməsi, bazarın qeyri-müəyyənlik
şəraitində fəaliyyət göstərən sahibkardan yenilikçilik, ixtiraçılıq, əldən çevik
olmaq, hadisələrə qarşı həssaslıq, manevr edə bilmək, davranışına inam kimi
xüsusiyyətlər tələb edir; o, hər konkret situasiyanı tez, yubatmadan öyrənməli,
təhlil etməli, qərar qəbulu zamanı isə bu işə yaradıcılıqla yanaşmalıdır; o, öz
davranışı ilə bazar qeyri-müəyyənliyinin “girov”una çevrilməməli, innovative
məzmunlu tədbirlər görməklə vəziyyətdən çıxmağı bacarmalı, öz istehsalının
səmərəlilik səviyyəsinin azalmasına imkan verməməlidir.
Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında firmalar
(müəssisələr) təsərrüfat ortaqlıqları və cəmiyyətləri şəklində yaradıla bilər.
Dostları ilə paylaş: