Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə66/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   63   64   65   66   67   68   69   70   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Firmada qiymətin əmələ gəlməsi 
 
1. Qiymətin əmələgəlmə qanunauyğunluqları 
2. Qiymətin funksiyaları və növləri 
3. Firmanın qiymət siyasəti 
 
1. Firmanın istehsal etdiyi məhsulun qiyməti həlledici dərəcədə məhsulun 
maya dəyərindən asılı olur. Firma miqyasında məhsulun maya dəyəri-həm də tam, 
kommersiya maya dəyəri-qiymətin əmələ gəlməsində baza rolunu oynayır. 
Rəqabət mübarizəsində məhsulun qiyməti firmanın öz fəaliyyətinin davam etdirə 
bilməsi üçün ən önəmlo iqtisadi vasitə hesab olunur. Qiymət əmtəənin (məhsulun) 
dəyərinin pulla ifadəsidir. Firmanın öz məhsuluna qiymət müəyyən edərkən 


aşağıdakı qanunauyğunluqları nəzərə almalıdır: məhsulun qiyməti onun maya 
dəyərindən yüksək olmalıdır; mənfəətlə işləməyin təminatçısı məhz budur; 
məhsulun qiymətinə alıcının münasibətiaydın olmalıdır və bu qiymətqoyma üçün 
vacib amildir; analoji məhsul istehsal edən rəqib firmaların bazardakı davranışları 
istehlakçılar üçün aydın olmalıdır. Buradan belə bir nəticə çıxır ki, maya dəyəri 
amilini əsas götürən firma və müəssisələrin qiymət siyasəti xərcyönümlü
bazardakı rəqiblərin davranışlarını əsas götürən firmaların qiymət siyasəti 
bazaryönümlü olur. Qiymətin miqyasına tələb və təklifdən əlavə istehsal və tədavül 
xərclərinin həcmi, istehlakçılar arasındakı rəqabət, əsas məhsulun əvəzedicilərinin 
mövcudluğu, 
məhsulun 
keyfiyyəti, 
satışın 
mövsümlüyü, 
məhsulun 
reklamlaşdırılması, inflyasiyanın səviyyəsi, istehsalçı və istehlakçıların davranış 
psixologiyaları və s. bu kimi amillər də təsir göstərir. Qiymətin müxtəlif amillərin 
təsiri ilə formalaşması, yaranması və dəyişməsi qiymətin əmələ gəlməsi prosesi 
adlanır. Firmanın məhsul istehsalına çəkdiyi xərclər iqtisadi cəhətdən xarici və 
daxili xərclərə bölünür. İş qüvvəsinə, xammal və materiallara, yanacaq və enerjiyə 
və s. bu kimi kənardan alınan resurslara çəkilən xərclər xarici xərclər, firmanın 
özünə məxsus olan və buna görə də haqqını ödəmədiyi resursların bazaar qiyməti 
əsasında hesablanmış dəyərinə bərabər olan xərclər isə daxili xərclər hesab edilir. 
Firmanın iqtisadi xərcləri sabit və dəyişən xərclər kimi təsnifləşdirilir. Sabit 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin