Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə70/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   63   64   65   66   67   68   69   70   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

mövqeyini saxlaması məqsədi. Bu halda rəqabət mübarizəsinin kəskinləşməsinin 
mənfi nəticələrini aradan qaldırmaq və satışın azalmasının qarşısını almaq üçün 
firma tərəfindən müxtəlif tədbirlərin işlənib hazırlanması tələb olunur; firma 
bazarda qiymətin dinamikasını, bazara yeni məhsulların daxil olmasını, rəqiblərin 
davranışını öyrənməli və təhlil etməli, öz məhsuluna müəyyən etdiyi qiymətlərin 
bazaar qiymətlərindən kəskin kənarlaşmasının qarşısını almalı, istehsal və satış 
xərclərinin azaldılmasına çalışmalıdır. 2. Firmanın bazarda öz satış payını 
artırması məqsədi. Firma bazarda yüksək paya malik olmaqla həm istehsal 
xərclərini aşağı salmağa, həm də uzun zaman kəsiyində mənfəət əldə etməyə nail 
olur. Firma, tələbin qiymətə görə elastic olduğu şəraitdə, məhsul vahidindən gəlirin 
bir qədər azaldılması yolu ilə satışın həcmini artırmaq hesabına mənfəətin ümumi 
məbləğini yüksəltməyi öz qarşısına məqsəd kimi qoyur. Firma bu halda hesab edir 
ki, reallaşdırma həcminin artırılması istehsal və satış xərclərini nisbətən azaltmağa 
imkan verir. 3. Firmanın öz likvidliyinin (ödəməqabiliyyətini) təmin olunması 
məqsədi. Bu, satış şərtlərinin müəyyən olunması ilə bağlıdır. Əgər firma etibarlı 
sifarişçilərə malikdirsə, hesablaşmalarla bağlı problemlər yaranmırsa, onda bu, ona 
stabil 
ödəmə 
qabiliyyətinin 
olmasını 
təmin 
edir. 
4. 
Mənfəətin 
maksimumlaşdırılması məqsədi. Bu halda, firma öz cari mənfəətini 
maksimumlaşdırmağa cəhd göstərir. O, təhlil vasitəsilə qiymətin müxtəlif 
səviyyələrinə uyğun tələbin və xərclərin maksimal ödəndiyi qiymət səviyyəsini 
seçir. Firmanın qiymət siyasətinin qeyd edilən uzunmüddətli məqsədləri ilə yanaşı 
qısamüddətli məqsədləri də olur. Bunlara aşağıdakılar daxildir: bazar vəziyyətinin 
sabitləşdirilməsi; qiymət dəyişməsinin tələbə təsirinin azaldılması; potensial 
rəqabətin məhdudlaşdırılması; firmanın və ya məhsulun imicinin artırılması. 
İstehsala edilən məhsula tələbin formalaşması qanunauyğunluqlarının tədqiqi 
firmanın qiymət siyasətinin hazırlanmasında vacib mərhələdir. Tələbin həcminə 
məhsula tələbat, əvəzedicilərin və rəqiblərin olmaması, potensial alıcıların 
ödəməqabiliyyiti, onların zövqləri və s. kimi amillər təsir göstərir. Bu zaman 
tələbin qiymət səviyyəsinə
Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin