Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


edir.  İstehsal xərcləri tərkibinə görə sadə və kompleks xərc



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə59/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   55   56   57   58   59   60   61   62   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

edir. 
İstehsal xərcləri tərkibinə görə sadə və kompleks xərc maddələrinə bölünür. 
Sadə xərc maddələrinə yalnız bir xərc elementindən ibarət olan xərc maddələri 
aid edilir. Məsələn, xammal və material, satın alınmış dəstləşdirici məmulatlar, 
yarımfabrikatlar, istehsal fəhlələrinin əsas və əlavə əmək haqqı, texnoloji 
ehtiyaclar üçün sərf edilən yanacaq və enerji məsrəfləri sadə xərc maddələrinə 
aiddir. Kompleks xərc maddələrinə isə bir neçə xərc elementindən ibarət oan, 
yəni tərkibinə müxtəlif növ məsrəflərin daxil olduğu xərc maddələri aid edilir. 
Bura avadanlıqların saxlanması və istismarı xərcləri, ümumsex xərcləri, 
ümumzavod xərcləri, zay məhsul istehsalı nəticəsində yaranan itkilər aiddir.
Məhsul istehsalının həcmindən asılılıq dərəcəsinə görə xərclər a) şərti-
dəyişən və ya birbaşa xərclərə, b) şərti-sabit və ya dolayı xərclərə bölünürlər.
Şərti-dəyişən xərclərə ümumi məbləği məhsul istehsalının həcminin dəyişməsinə 
(artması və ya azalmasına) uyğun olaraq dəyişən (müvafiq olaraq artan və azalan) 
xərclər aiddir. Belə ki, məhsul vahidinin istehsalına sərf edilən xammal və 
material, yanacaq və enerji məsrəfləri, işəmuzd işləyən istehsal fəhlələrinin əmək 


haqqı və s. aiddir. Şərti-sabit və ya dolayı xərclərə həcmi istehsalın həcminin 
dəyişməsindən asılı olmayan, istehsal dövrü ərzində həcmi sabit qalan xərclər aid 
edilir. Bu xərclərə əsas fondların amortizasiya ayırmaları, vaxtamuzd işləyən 
fəhlələrin və müəssisənin rəhbərliyinin, mühəndis-texniki və kiçik xidmət 
heyətinin əmək haqqı xərcləri və s. aiddir. Məhsulun maya dəyərinin tərkibi və 
quruluşunun təhlili müəssisənin texniki-iqtisadi göstəricilərinin ümumi təsvirini 
yaratmağa və məhsulun maya dəyərinin aşağı salınmasının əsas istiqamət və 
mənbələrini müəyyənləşdirməyə imkan verir.
3.Məhsulun maya dəyəri hər bir təsərrüfat subyektinin fəaliyyətinin 
qiymətləndirilməsi göstəricisidir. Məhsulun maya dəyərini onu təşkil edən bütün 
xərc maddələrinə qənaət etməklə aşağı salmaq mümkündür və elmi-texniki 
tərəqqinin inkişafı sayəsində bunların hər biri üzrə maya dəyərinin aşağı salınması 
ehtiyatları, təkrar-təkrar yarandığından demək olar ki, həmişə mövcuddur. 
Müəyyən mənada burada yalnız maya dəyərinin “Əmək haqqı xərcləri” maddəsi 
müstəsnalıq təşkil edə bilər.İqtisadi baxımdan məhsulun maya dəyərinin aşağı 
salınmasının mühüm istiqamətlərindən biri istehsalın intensive yolla 
genişləndirilməsidir. Bu proses əlavə kapital qoyuluşu tələb edir, ya da 
ümumiyyətlə əlavə kapital qoyuluşu tələb etmir. Məhsulun maya dəyərinin aşağı 
salınmasının ən əhəmiyyətli ehtiyat mənbələrindən biri müəssisədə əmək 
məhsuldarlığının yüksəldilməsidir. Bu, yeni, daha mütərəqqi texnika və 
texnologiyanın tətbiqinə və bunun əsasında istehsalın təşkilinin daha səmərəli 
formalarına keçilməsinə şərait yaratmaqla bir istehsal işçisinə düşən məhsulun 
həcmini artırır.
Müəssisədə məhsulun maya dəyərinin aşağı salınmasının ən böyük ehtiyat 
mənbəyi məhsul vahidinə sərf edilən xammal, material, yanacaq və enerji 
məsrəflərinin-maddi məsrəflərin-azaldılmasıdır. Onu da qeyd etmək lazımdır ki, 
material xərclərinin aşağı salınmasına yalnız istehsal prosesində yox, həm də 
tədavül 
sferasında-məhsulların anbarlarda saxlanmasını və istehsalçıdan 
istehlakçıya çatdırılmasını düzgün təşkil etməklə, məhsulların daşınmasında daha 
sərfəli nəqliyyat vasitələrindən istifadə etməklə, yükləmə-boşaltma əməliyyatlarını 
mexanikləşdirməklə və s. mümkündür. Fondtutumlu sənaye sahələrində məhsulun 
maya dəyərinin aşağı salınmasının əsas istiqamətlərindən biri istehsal güclərindən, 
o cümlədən əsas fondlardan istifadənin yaxşılaşdırılmasına, mövcud texnoloji və 
digər avadanlıqların boşdayanmalarını azaltmaqla və ya tamamilə aradan 
qaldırmaqla onların maksimum yüklənməsi yolu ilə nail olmaqdır.
Müəssisədə qeyri-məhsuldar xərclərin-cərimələrin, dəbbələmə xərclərinin və 
s. həcminin aşağı salınması onun gəlirlərini artırmaqla yanaşı, məhsulun maya 


dəyərinin aşağı salınmasına imkan verir. Qeyri-məhsuldar xərclərin azaldılmasının 
ən başlıca amillərindən biri zay məhsul istehsalının aradan qaldırılması, saxlama və 
daşıma zamanı normadan artıq itkilərə yol verilməməsidir. 
Məhsulun maya dəyərinin aşağı salınması amilləri dedikdə, bir qayda olaraq 
onun aşağı salınmasını təmin edən texniki-təşkilati tədbirlər nəzərdə tutulur. Bu 
amillərə aşağıdakılar daxildir: 
1. İstehsal edilən məhsulların miqdarının və strukturunun dəyişdirilməsi; 
2. İstehsalın texniki səviyyəsinin yüksəldilməsi; 
3. İstehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi.
Müasir şəraitdə istənilən təsərrüfat sisteminin inkişafı elmi-texkini tərəqqinin 
nailiyyətlərinə əsaslanır. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin