Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə55/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   51   52   53   54   55   56   57   58   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

norması” deyilən normadır. 
Sifariş norması- məhsulgöndərən firmanın bir istehlakçı firmaya 
göndərəcəyi- istehsal üçün öhdəsinə götürdüyü-materialın minimum miqdarıdır. 
İstehlakçı firmadan sifariş normasından az miqdarda material istehsal etmək onun 
üçün iqtisadi baxımdan sərfəli olmadığından o həmin sifarişi qəbul etmir. 
Firmanın istehsal xərcləri və məhsulun maya dəyəri 
1. İstehsal xərcləri və məhsulun maya dəyərinin mahiyyəti 
2. İstehsal xərclərinin təsnifləşdirilməsi 
3. Məhsulun maya dəyərinin aşağı salınması yolları 
 
1. Bazar iqtisadiyyatı şəraitində firmanın fəaliyyətinin əsas məqsədi, onun 
gəlirli olması və rentabelli işləməsidir. Bu isə əsasən iki amildən-xərclərin 
səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Bazarda azad və mükəmməl 
rəqabətin mövcudluğu şəraitində qiymətin səviyyəsi istehsalçıların (satıcıların) və 
istehlakçıların (alıcıların) istək və iradəsindən asılı olmayaraq tələblə təklif 
arasında nisbət əsasında müəyyən edilir. Deməli, belə bir şəraitdə firmanın 
mənfəətinin artırılmasına yalnız istehsal xərclərini azaltmaq yolu ilə nail olmaq 
olar. İstehsal xərclərinin məcmusu istehsal edilən məhsulun firmaya neçəyə başa 
gəldiyini, yəni məhsulun istehsal maya dəyərini ifadə edir. Firma həmçinin 
məhsulun realizasiyasına (satışına) müəyyən həcmdə xərclər-kommersiya xərcləri-
çəkməli olur. Məhsulun istehsal maya dəyəri ilə onun realizasiyasına çəkilən 
kommersiya xərclərinin cəmi onun (məhsulun) tam maya dəyərini əmələ gətirir.
Məhsulun maya dəyəri onun istehsalına sərf edilmiş xammal, material
yanacaq-enerji resurslarının və kənardan alınmış yarımfabrikatların, həmçinin 


əməyin ödənilməsi xərclərinin və əsas fondların amortizasiya ayırmalarının dəyər 
ifadəsində cəmini əks etdirir. Xərclərin formalaşma mərhələsinə görə məhsulun 
texnoloji, sex, istehsal və tam (kommersiya) maya dəyərlərini bir-birlərindən 
fərqləndirirlər. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin