Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə53/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   49   50   51   52   53   54   55   56   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Birbaşa satış istehsalçı tərəfindən son istehlakçıya məhsulun bilavasitə 
reallaşdırılmasını, dolayı satış isə satış kanalında müstəqil kommersiya 
firmalarından istifadə edilməsini nəzərdə tutur. Birbaşa satış sistemi məhsulun son 
istehlakçıya bilavasitə reallaşdırılmasını nəzərdə tutur. Deməli, istehsalçı və 
istehlakçını birbaşa satış kanalı birləşdirir. Bu sistemin fərqləndirici xüsusiyyəti 
ondan ibarətdir ki, firma-istehsalçı məhsulun son istehlakçıya qədər hərəkəti 
yoluna, həmçinin onun reallaşdırılması şərtlərinə nəzarət edir, kommersiya firması 
kimi də fəaliyyət göstərir.
Firma əmtəələrin hərəkətini paylaşdırma (satış) kanalları ilə təmin edir. 
Paylaşdırma kanalları-əmtəələrin satış yerlərinə çatdırılmasını təmin edən 
sistemdir. İstehsalçı ilə istehlakçı arasında kommersiya firmalarını nəzərdə tutan 
satış kanalları dolayı kanallar hesab edilir. Belə kanallar vasitəçilərin 
təcrübələrindən istifadəyə və ticarət şəbəkəsi ilə əməkdaşlığın müxtəlif formalarına 
əsaslanır. Əmtəələrin hərəkəti onların müəyyən olunmuş vaxtda satış yerlərinə 
çatdırılması və alıcılara maksimum yüksək səviyyəli xidmət sistemidir.
Hazır məhsulun reallaşdırılması üzrə kommersiya fəaliyyətinin təşkili üçün 
müəssisədə satış xidməti yaradılır. Məhsulun satışının təşkili marketinq 
tədqiqatlarına əsaslanır. Müəssisədə satış xidmətinin strukturu marketinq 
strategiyasına uyğun olmalıdır. Satış xidmətinin strukturuna həm idarəetmə, həm 
də istehsal bölmələri daxildir. İdarəetmə bölmələrinə satış şöbələri (qrupları, 
büroları) aiddir.
Satış xidmətinin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş formaları 
fərqləndirilir. Mərkəzləşdirilmiş formada anbar təsərrüfatı bilavasitə satış şöbəsinin 
rəhbərinə tabe olur, qeyri-mərkəzləşdirilmiş formada isə anbar təsərrüfatı satış 
şöbəsindən əlahiddə şəkildə olur. 
3. Firmada istehsalın-onun ehtiyacları müqabilində material resursları və 
texniki vasitələrlə (maşın, avadanlıq, nəqliyyat vasitəsi, ehtiyat hissəsi) keyfiyyətli 


dərəcədə təmin edilməsi “maddi-texniki təminat” adlanan bir prosesin 
mütəşəkkillik səviyyəsi ilə müəyyən olunur. Firma və müəssisələrin çoxunda 
maddi-texniki təminat xidməti materiallara tələbatın hesablanması və uçotu, 
materialların alınmasının təşkili, materialların qəbulu, material ehtiyatlarına 
nəzarət, istehsalın materiallarla təmin edilməsi, alışın dəyərinin təhlili, xammal
bazarında müşahidələr, təminatın təşkilinin təkmilləşdirilməsi və s. bu kimi işləri 
həyata keçirir. Maddi-texniki təminat marketinq, maliyyə, anbar təsərüfatı, 
nəqliyyat təsərrüfatı və s. xidmətlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. 
Maddi-texniki təminatın əsas vəzifəsi az məsrəflə müəssisəni lazım olan yüksək 
keyfiyyətli material resursları ilə vaxtlı-vaxtında və dəst halında təmin etməkdir. 
Bu vəzifəni yerinə yetirmək üçün müəssisənin təminat xidməti konkret olaraq bir 
sıra məsul funksiyaları yerinə yetirir. Bunlar aşağıdakılardır: 
- istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara 
tələbatın-sifarişlərin müəyyən edilməsi; 
- material resurslarına sifarişləri yoxlamaq üçün ümumləşdirici 
hesablamalaraparılması və yekun sifarişlərin tərtibi; 
- müəssisəyə lazım olacaq materialların müfəssəl siyahısını tərtib edib, onların 
seçilmiş və kontrakt imzalanacaq firmalar üzrə yerləşdirilməsi; 
- səmərəli təminat formasının seçilməsi və onun iqtisadi cəhətdən 
əsaslandırılması; 
- məhsulgöndərənlər tərəfindən kontrakt şərtlərinin yerinə yetirilməsinə 
nəzarət; 
- material resurslarının müəssisəyə gətirilməsi, qəbulu və qorunub saxlanması 
işləri üzrə nəzarətin təşkil edilməsi; 
- istehsal ehtiyatlarının normativinə nəzarət, materialların istehsal istehlakı 
üçün hazırlanması və onların əsas istehsal sexlərinə verilməsi işlərinin təşkili. 
Göstərilən funksiyaların ən əsası material resurslarının alınmasıdır. Çünki 
materialların alınması maddi-texniki təminat işinin əsas və ən məsuliyyətli 
tərəfidir. Sonrakı funksiyaların keyfiyyətli, səmərəli icrası istehsal vasitələrinin 
alınmasındakı uğurlarından asılı olur. Məhz bu səbəbdəndir ki, firmaların 
əksəriyyətində material resurslarının alınması ilə məşğul olan xüsusi şöbələr 
fəaliyyət göstərir.
4. Müəssisənin istər material resurslarına və istərsə də istehsal avadanlıqlarına 
tələbatı dəqiq müəyyən edilməlidir. Əks halda o, ya aldığı sifarişlərin öhdəsindən 


gələ bilməz, ya da lazım olduğundan artıq istehsal vasitələri tədarük edə bilər. 
Tələbatların hesablanmasında iki məlumat-qəbul edilmiş sifarişlər portfeli, daha 
dəqiq desək, təsdiq olunmuş istehsal proqramı və materialın məsrəf norması 
həlledici rol oynayır. Materiala tələbatın hesablanması qaydası onun istehlakı 
xüsusiyyətlərindən və hesablama üçün zəruri məlumatların mövcudluğundan asılı 
olaraq müəyyən edilir. Hesablama metodlarından ən geniş yayılanı birbaşa 
hesablama metodlarıdır və onlar aşağıdakılardır: 
a) məmulat üzrə hesablama metodu; 
b) hissə (detal) üzrə hesablama metodu; 
c) oxşarlğa görə hesablama metodu (anoloji metod); 
d) nümunəvi təmsilçiyə (tipik nümayəndəyə) görə hesablama metodu. Bu 
metodlar ayrı-ayrı məhsullar üzrə istehsal proqramı və materialdan məsrəf norması 
bu və ya digər şəkildə məlum olduğu təqdirdə tətbiq edilir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin