Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə50/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   46   47   48   49   50   51   52   53   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

sertifikasiyası məhsul keyfiyyətinin idarə edilməsi işində standartlaşdırmanın 
davamıdır-standartlarda öz əksini tapmış tələblərin sınaqdan keçirilməsidir. 
Məhsulların sertifikasiya edilməsində məqsəd standartların onlar (məhsullar) 
qarşısında qoyduğu tələblərə cavab verə bildiklərini sınaq yolu ilə yoxlamaq və 
təsdiq etməkdir.
Bazar iqtisadiyyatı sisteminə daxil olan ölkələrdə məhsulun sertifikasiya 
olunmasında onun sifarişçiləri, istehsalçıları, satıcıları və bir də müstəqil ekspert 
kimi, dövlətin müvafiq orqanları iştirak edirlər.
Sertifikasiya sınaqlarından müvəffəqiyyətlə keçən məhsullara sertifikata 
uyğunluq şəhadətnaməsi verilir.
Sertifikat almış məhsulların insan həyatına və sağlamlığına, ətraf mühitin 
çirklənməsi və əmlak üçün təhlükəsiz olması real olaraq təsdiqlənir və bundan 
sonra onların istehsalı və realizə edilməsi üçün heç bir maneə qalmır.
Göstərmək lazımdır ki, başqa ölkələrdən idxal olunan məhsullarda uyğunluq 
şəhadətnaməsi olmayınca, təhlükəsizliyinə əminlik yaranmayınca, onların daxili 
bazara buraxılması yolverilməzdir; bu, dünyanın bütün sivil ölkələrində belədir.  
Müəssisədə marketinq fəaliyyəti və firmada maddi-texniki təminat 
1. Marketinq fəaliyyətinin mahiyyəti, bazarın seqmentləşdirilməsi 
2. Firmada satış siyasəti və onun elementləri 
3. Firmada maddi-texniki təminatın mahiyyəti, funksiyaları 
4. Firmanın material və avadanlığa tələbatının hesablanması


1. Kökü ingiliscə “market” (bazar) sözündən gələn “marketinq” anlayışı 
bazar və satış sferalarında fəaliyyət mənasına daha uyğundur. Marketinq-ümumi-
nəzəri baxımdan –müəssisənin təsərrüfatçılıq fəaliyyətinin bazar qanunları 
əsasında idarə edilməsi konsepsiyasıdır. Marketinq-bazarın doğurduğu mürəkkəb 
mühitdə sərfəli istehlakçıların tapılması və seçilməsi, məhsullara qiymətin 
müəyyən olunması, bölgü planlarının tərtibi, məhsulların alqı-satqısısnı 
stimullaşdıran maliyyə, servis xidməti və s. bu kimi vasitələrdən istifadəyə 
əsaslanan idarəetmə prosesidir. Firmanın marketinq fəaliyyəti istehsal olunan 
məhsulun satışı məqsədilə əlverişli zəmin yaratmaq üçün onun keyfiyyətini, 
çeşidini və istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq 
məqsədilə bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir. Marketinq 
fəaliyyətinin ilkin mərhələsi bazarı öyrənmək olsa da, onun istehsal üçün də 
əhəmiyyəti böyükdür. Marketinq fəaliyyəti-müəssisənin bazarda olan 
fəaliyyətidir. Bu fəaliyyət aşağıdakıları əhatə edir: 
- bazarda məhsullara olan potensial tələbatın və ehtiyacların həcminin, onun 
dinamikasının, şəraitinin, hadisələrin real gedişinin və onun inkişaf 
perspektivlərinin dəqiq nəzərə alınmasını; 
- firmaların istehsal həcminin bazarın mövcud potensial tələblərinə 
uyğunlaşdırıla bilmə imkanlarının araşdırılması; 
- məhsul bazarının yaradılmasına və formalaşdırılmasına fəal təsir 
göstərilməsini; 
- firmada məhsulların reallaşdırılması şəraitinə, tələbatın dəyişməsinə və s. bu 
kimi məsələlərə çevik münasibətlərin göstərilməsinə nəzarət edilməsini və s.
Müəssisənin kommersiya müvəffəqiyyəti bazarların forma, tip və növlərinin 
dərin və hərtərəfli şəkildə öyrənilməsindən bilavasitə asılıdır. Bazarın öyrənilməsi 
nəticəsində firma və məhsula istiqamətlənmiş marketinqi, ya da istehlakçıya 
istiqamətlənmiş marketinqi seçir. Məhsula istiqamətlənmiş marketinq, firma yeni 
məhsul yaradarkən və ya istehsal edilməkdə olan məhsulu təkmilləşdirərkən tətbiq 
edilir. Bu zaman əsas vəzifə yeni və təkmilləşdirilmiş məhsulu alıcının almasını 
stimullaşdırmaq, onu buna sövq etməkdir. İstehlakçıya istiqamətlənmiş marketinq 
firmanın fəaliyyətinin bilavasitə bazardan gələn tələbatların ödənilməsinə 
yönəldiyi zaman tətbiq edilir. Burada marketinqin əsas vəzifəsi potensial 
tələbatların öyrənilməsi, bazar seqmentinin müəyyən edilməsidir. Marketinq
bazarla əlaqədar olaraq, hər şeydən əvvəl, seqmentləşdirmə məsələlərini öyrənir və 
təhlil edir. Bazar seqmenti dedikdə, istehlakçılar qrupu, məhsullar və habelə 
firmalar üçün ümumi olan əlamətlər üzrə bazarın xüsusiləşmiş hissəsi başa düşülür. 


Bazarın seqmentləşdirmə vəziyyətinin öyrənilməsi ilə sonradan məhsul üçün 
seqmentin düzgün seçilməsi və bununla da firmanın rəqabət mübarizəsində davam 
gətirmək məsələsi həll edilmiş olur. Bazar seqmentinin perspektivli, dəyanətli 
olmasını dəqiq öyrənmək orada iştirak edəcək firma üçün ciddi və önəmli 
məsələdir. Perspektivi, genişlənmə imkanı olmayan seqmentə istehsal gücünü 
istiqamətləndirmək firmanın iflasa uğraması demək olardı. Marketinq fəaliyyəti, 
habelə firma üçün həyati məsələ, seçiləcək seqmentin onun üçün hansı səviyyədə 
səmərəli olacağının əvvəlcədən müəyyən edilməsidir. Bazar seqmentinin seçilməsi 
işində nəzərə alınacaq vacib amillərdən biri də həmin seqmentdə firmanın nə 
səviyyədə işləyəcəyinin müəyyən edilməsidir. Nəhayət, firma öz məhsulunu 
realizə etmək üçün seçmiş olduğu seqmentdə rəqabət mübarizəsində öz gücünü 
əvvəlcədən müəyyən etməlidir. Seqmentlər daha 4 əlamət üzrə öyrənilir və təhlil 
edilir. Bunlar: coğrafi-yəni seqmentin öyrənilməsində bazarın hansı regionda, 
şəhərdə yerləşməsini, demoqrafik-bazar seqmenti öyrənilərkən istehlakçıların yaş-
cins tərkibi, təhsili, peşə tərkibini, psixoqrafik-istehlakçıların yaşayış tərzi, onların 
şəxsi keyfiyyətləri üzrə potensial istehlakçıların seçilməsini, istehlakçının 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin