Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Məmulatın  təhlükəsizlik göstəriciləri



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə48/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   44   45   46   47   48   49   50   51   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Məmulatın 
təhlükəsizlik göstəriciləri. Məmulatın keyfiyyət 
xassələrindən biri olan təhlükəsizliyi, öz-özlüyündə aydındır ki, istehlak prosesinə 
və ya istehlakçıya aid olan məsələdir. Əgər bu və ya digər texnikanın qorunub 
saxlanması, nəql edilməsi, quraşdırılması, istismarı həmin işlərin icraçıları üçün 
təhlükəsizdirsə, beləsi keyfiyyətli texnika hesab olunur.
2. Keyfiyyətsiz ərzaq məhsullarının, dərman preparatlarının istehsalı və 
istehlakı, hətta ölümlə nəticələnə bilən kütləvi xəstəliklərin törənməsinə səbəb 
olur; elektrik stansiyasında istifadə edilən bölgü sipəri öz nasazlığının ucbatından 
bütün bir rayonun təsərrüfatını və məişətini iflic vəziyyətinə sala bilər; qaz aparatı 
və ya avadanlığındakı texniki qüsur qaz partlayışı və insanların tələfatı ilə 
nəticələnər və s. Məhsulun keyfiyyəti və onun idarə edilməsinin iqtisadi nəticələri 
hər bir ölkə üçün taleyüklü problemlərdən biridir. Məhsulun keyfiyyətinin 
yüksəldilməsinin iqtisadi nəticələri, hər şeydən əvvəl, onun etibarlılığının 
artırılması və xidmət müddətinin uzadılması ilə əlaqədardır. Bu isə istismar 
xərclərini azaltmaqdan əlavə, həm də həmin məhsulların sayının kəmiyyətcə nisbi 
mənada artırılması deməkdir.
Bazar iqtisadiyyatı şəraitində firma və müəssisələrin iş nəticələrini xarakterizə 
edən və bir-birilə qarşılıqlı əlaqədə olan istehsalın texniki səviyyəsi və məhsulun 
keyfiyyəti göstəricilərinin qiymətləndirmə kursu daha da yüksələcəkdir. İstehsal 
vasitələri üzərində mülkiyyət formasından asılı olmayaraq istehsalın texniki 
səviyyəsi elmi-texniki tərəqqinin daşıyıcısı olduğundan-elmi-texniki tərəqqinin 
meyarı kimi çıxış etdiyindən onun yüksəldilməsi bütün iqtisadi göstəriciləri, 
xüsusilə məhsulun keyfiyyəti göstəricisini yaxşılaşdırır.


Məmulatlar estetik baxımdan nə qədər yaraşıqlı və göz oxşayan, etibarlı, 
komfortabelli olsalar da, onların qarşısında qoyulan tələblərə nə qədər layiqincə 
cavab versələr də, onların qiyməti həm istehsalçı və həm də istehlakçı üçün çox 
vacib bir amil olaraq qalır. Çünki tərəflərdən hər ikisinin son məqsədi gəlir əldə 
etməkdir. Məhz buna görə də həm istehsalçı və həm də istehlakçı üçün keyfiyyətlə 
xərcin nisbəti-iqtisadi cəhətdən optimal keyfiyyət-maddi maraq döğuran 
əhəmiyyətli bir göstəricidir.
3. Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə istehsalçı və 
istehlakçıların maraqlarını təmin edən, təklif olunan məhsulun bazarın şərtlərinə 
tam cavab verə bilən məhsulun xassələrinin istehlakçıların tələblərinə uyğunluğu 
onun rəqabət qabiliyyəti adlanır. Məhsulun rəqabət qabiliyyəti bazarın xüsusi 
şərtlərinitəmin etməyə imkan verən istehlak (kəmiyyət və keyfiyyət) xassələrinin 
məcmusu ilə müəyyən olunur. Rəqabətqabiliyyətli məhsul daha ucuz satış kanalları 
vasitəsilə asan və tez satılır. Məhsulun rəqabət qabiliyyəti alıcıların müəyyən qrupu 
üçün maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsini təmin edən 
xassələrin məcmusu ilə müəyyən olunur. Bu zaman məhsulun digər xassə və 
xüsusiyyətləri nəzərə alınmır. Əgər məhsulun nəzərdə tutulduğu istehlakçılar qrupu 
üçün tələb olmayan xassələri hesabına onun qiyməti artarsa, onda bu cür daha 
yüksək keyfiyyətli məhsul nisbətən aşağı rəqabət qabiliyyətinə malik olar. Bundan 
başqa, eyni məhsul daxili bazarda rəqabət qabiliyyətli, xarici bazarda rəqabətə 
davamsız və əksinə ola bilər. Məhsulun rəqabət qabiliyyətinin yüksək olmasını 
şərtləndirən bir amil də onun qiymətidir. Keyfiyyətlə qiymətin müqayisəsində 
istehlakçı üstünlüyü, bir çox hallarda keyfiyyətə verir, keyfiyyət istifadəsi 
uzunmüddətli olan məhsullarda istismar və təmir xərclərini azaldır. Dünya 
təcrübəsi göstərir ki, bir çox məşhur firmaların (“Adidas”, “Toyota” və s.) uğurları 
məhsulların ucuz istehsalı ilə deyil, keyfiyyətli istehsalı ilə əlaqədardır. 
Beləliklə, məhsulun keyfiyyəti dəyişmədiyi halda belə, onun rəqabət 
qabiliyyəti bazar konyukturası, reklamın təsiri və məhsula münasibətdə xarici və 
daxili amillərin yaranması hesabına geniş hədlərdə dəyişə bilər.
Rəqabət qabiliyyəti göstəricisini məmulatın tələb olunan xassələrini 
layihələndirərkən, məhsul istehsalının potensial imkanlarını müqayisə və qiyməti 
müəyyən edərkən və digər problemlərin həlli zamanı hesablamaq vacibdir. 
4. Kəskin rəqabət mübarizəsi şəraitində firmaların iqtisadi inkişafının 
şərtlərindən biri də məhsul keyfiyyətinin elmi əsaslarla, sistemli şəkildə idarə 
edilməsinə nail olmaqdır. Bu, müasir dünya bazarının səciyyəvi əlamətlərindən və 
onun istehsalçılar qarşısında qoyduğu tələblərdən biridir. İstehsalçı firmanın 
keyfiyyət üzrə siyasətinə onun məhsuluna bazardakı tələbatın kəmiyyəti həlledici 


təsir göstərir. Firma və müəssisələr məhsulun keyfiyyətinə təsir edə bilən həm 
istehsaldaxili və həm də xarici amilləri daima diqqətlə izləməli, məhsulun 
keyfiyyətinin idarə edilməsinə mütəmadi olaraq səy göstərməlidir.
Bazar iqtisadiyyatı şəraitində keyfiyyətin idarə edilməsi, həm də elmi 
əsaslarla idarə edilməsi, istehsal firmaları üçün çox vacibdir. Çünki yeni 
təsərrüfatçılıq şəraitində keyfiyyətin səmərəli idarə edilməsi, başqa amillərlə 
yanaşı, idarəetmənin də keyfiyyətindən bilavasitə asılı olur. Keyfiyyətin idarə 
edilməsindən son məqsəd az məsrəflə və səmərəli yolla məhsulun istismar və 
istehlak xassələrini istehlakçıların tələbi səviyyəsinə qaldırmaqla gəlir əldə 
etməkdir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin