layihələndirilməsi və tətbiqi işini həyata keçirir. Lakin bu halda işinin nəticəsi
qeyri-müəyyən olduğundan onun əsaslı vəsait qoyuluşu həmişə risklə bağlı olur,
vençur firmasını da digərlərindən fərqləndirən məhz budur. Vençur firmasının
dövriyyəyə buraxdığı kapital isə vençur kapitalı adlanır.
.
Firma məhsulunun keyfiyyəti, standartlaşdırılması və sertifikasiyası
1. Məhsulun keyfiyyəti və onun göstəriciləri
2. Məhsulun keyfiyyətinin yüksəldilməsi firmanın iqtisadi inkişaf yolu
kimi
3. Məhsulun rəqabət qabiliyyəti
4. Firmada məhsulun keyfiyyətinin idarə edilməsi
5. Məhsulun standarlaşdırılması və sertifikasiya
1. Məhsulun keyfiyyəti firmanın istehsal fəaliyyətinin
əsas göstəricilərindən
biridir. Bazar iqtisadiyyatı şəraitində firmanın bazarda qalması, rəqabətə davam
gətirməsi bilməsi iki amildən asılıdır: bunlardan biri məhsulun keyfiyyəti, digəri
isə qiymətdir. Məhsulun keyfiyyətli istehsalı onun istehlakçılarının həmin məhsul
qarşısında qoyduqları tələblərə müvafiq olaraq istehsalçının səriştəliliyindən, onun
istehsal aparatının
mükəmməllik səviyyəsindən, xüsusilə, istehlak etdiyi xammal
və materialın özünün keyfiyyətindən asılı olur.
Məhsulun keyfiyyəti-onun öz
təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını
şərtləndirən,
daşıyıcı olduğu, özünəməxsus xassələrin məcmusudur. Məhsulun keyfiyyətini
formalaşdıran xassələr əmək vasitələri, əmək cisimləri və istehlak şeyləri üçün çox
çalarlı olsalar da, onlar aşağıdakı göstəricilər vasitəsilə ümumiləşdirilərək
təsnifləşdirilir:
1.
Məhsulun təyinatı göstəriciləri. Bu göstəricilər istehsal-texniki təyinatlı
məhsulun tətbiqi sahəsinin düzgün seçilməsi şərtilə onların istismarı zamanı
gətirdiyi fayda ilə xarakterizə olunur. Yəni bu göstərici maşın, mühərrik və s.-nin
düzgün təyinatı əsasında onun məhsuldarlığının realizə olunmasını göstərir.
2.
Etibarlılıq göstəriciləri. Etibarlılıq-məmulatın
xidmət müddəti ərzində
istismar qabiliyyətini saxlamaq şərtilə onun üçün müəyyən edilmiş funksiyaları
icra edə bilmək xassəsidir. Əsasən, maşın və avadanlıqlara xas olan etibarlılıq
göstəricilərinə fasiləyə yol vermədən, dayanmadan (müntəzəm) işləyə bilmək,
uzunömürlülük və təmirə yararlılıq aiddirlər.
3.
Texnolojilik göstəriciləri. Bu qəbildən olan keyfiyyət göstəriciləri
konkret olaraq hər hansı bir maşının istehsalı və təmirində
konstruktor-texnoloji
işləmələrin səmərəliliyini xarakterizə edir. Maşının konstruksiyası, hazırlanma
texnologiyası, istismar şəraiti və təmirəyararlılığı həmin maşının texnolojiliyi
adlanır. Texnolojilik göstəricilərinə, habelə maşının yığılmasının mürəkkəbliyi,
material-əmək və fondtutumluğu göstəriciləri də daxildir.
Konstruktor
işləmələrinin mükəmməliyi, hazırlanma üzrə əmək məhsuldarlığını yüksəldir,
maddi məsrəfləri qənaəti təmin edir.
4.
Dostları ilə paylaş: