Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə42/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   38   39   40   41   42   43   44   45   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Maliyyə baxımından investisiya-mənfəət əldə edilməsi məqsədilə iqtisadi 
fəaliyyətə yönəldilən bütün növ aktivlərdir. İqtisadi baxımdan isə investisiya-əsas 
fondlarının (müəyyən hallarda hətta dövriyyə) yaradılmasına, genişləndirilməsinə, 
yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir. Firmanın 
investisiya fəaliyyəti özünün istehsal-kommersiya potensialını möhkəmləndirmək 
və daha da inkişaf etdirməyə yönəldiləcək kapital qoyuluşunun ən sərfəli forma və 
variantının seçilməsi, əsaslandırılması və realizə edilməsi prosesidir. 
İnvestisiyanın obyektləri-kapital qoyuluşunun istiqamətləri bunlardır: bütün 
sahələrdə yeni yaradılan və təkmilləşdirilən əsas fondlar, dövriyyə vəsaitləri
qiymətli kağızlar; məqsədli pul yatırımları; elmi-texniki məhsullar, mülkiyyətin 
digər obyektləri; əmlak hüququ və intellektual mülkiyyət hüquqları. İnvestisiyanın 
subyektləri-investisiya prosesinin iştirakçıları: investorlar, iş icraçıları, investisiya 
fəaliyyətindən istifadə edənlər, əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim 
edənlər, banklar, sığorta şirkətləri və vasitəçi təşkilatlardır. İnvestisiya vəsaitləri 
müxtəlif formalarda yerləşdirilə bilər və onlar müəyyən əlamətlərə görə 
fərqlənirlər: 
- qiymətli kağızlara (səhmlərə və opsionlara) və daşınmaz əmlaka yönəldilən 
investisiya; 
- borc öhdəliklərinə yönəldilən investisiya; 
- az və ya çox risk dərəcəsinə malik olan investisiya; 
- uzun və qısamüddətli investisiya; 
- birbaşa (real) və portfel investisiyalar. 
Birbaşa investisiya “portfel” investisiyadan fərqli olaraq firmanın fəaliyyətinə 
və idarə edilməsinə birbaşa təsir etmək imkanını verir. Birbaşa investisiyalar 
investorun müəssisənin fəaliyyətində maraqlı olmasına gətirib çıxarır. Portfel 
investisiyalar-investisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların 
alınması ilə əlaqədarlayihələrə vəsait qoyuluşudur. Portfel investisiyalar isə 
investor qoyulan vəsaitin gəlirliyində maraqlı edir. Bu halda investorun əsas 


vəzifəsi optimal investisiya portfelinin formalaşdırılması və səmərəli idarə 
edilməsidir. Real investisiyalar-əsasən istehsal vasitələrinə, istehsal, sosial və 
infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşudur.
Real investisiyaları birbaşa investisiyalar da adlandırırlar. İnvestor dedikdə
özünün maddi və intellectual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə 
investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarmış subyektlər-hüquqi və 
fiziki şəxslər başa düşülür.
Firmada əsaslı vəsait qoyuluşu yeni sex və istehsal vasitələri yaratmaqla 
yanaşı, həm də fəaliyyət göstərənlərin genişləndirilməsi, texniki cəhətdən yenidən 
qurulması, rekonstruksiya olunması və habelə avadanlıqların modernləşdirilməsi, 
yeni texnoloji proseslərin tətbiqi işlərinə yönəldilir. Əsaslı vəsait qoyuluşunun 
tərkibi aşağıdakı xərclərdən ibarət olur: 
- tikinti-quraşdırma işlərinə çəkilən xərclər; 
- müxtəlif avadanlıqların (texnoloji, energetika, yükqaldırma və nəqliyyat) və 
habelə əsas fondlara aid olunan alət və inventarların alınmasına çəkilən xərclər; 
- tikinti obyektinin layihələndirilməsi ilə əlaqədar olan geoloji-kəşfiyyat
axtarış və gələcək tikintinin texniki-iqtisadi əsaslandırılmasına çəkilən xərclər; 
- tikinti üçün torpaq sahəsinin ayrılması, tikilən firma üçün kadrların 
hazırlanması və onun idarə heyətinin saxlanılmasına çəkilən xərclər. Göstərilən 
xərclərin hər biri əsaslı vəsait qoyuluşunun texnoloji quruluşunu əmələ gətirir. 
Əsaslı vəsait qoyuluşunun iqtisadi məsələləri içərisində onun texnoloji quruluşu ilə 
yanaşı təkrar istehsal quruluşunun da mühüm əhəmiyyəti vardır. Əsaslı vəsait 
qoyuluşunun təkrar istehsal quruluşu dedikdə, onun formalarına çəkilən xərclərin 
nisbəti 
başa düşülür. Bu göstərici yeni tikintiyə, mövcud güclərin 
genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən 
silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində 
xüsusi çəkilərinin hesablanması yolu ilə müəyyən olunur.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin