Firmanın investisiya taktikası dedikdə, qısa dövr üçün investisiya
strategiyasının reallaşdırılmasına səmtləşdirilmiş praktiki vasitələrin və
metodların-investisiya resurslarının cəlb olunması imkanlarının nəzərə alınması
şərtilə-məcmusudur.
İnvestisiya layihəsi texniki-iqtisadi əsaslandırma
və ya biznes-plan
formasında işlənilə bilər. İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırması
müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin
texniki, iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqidir.
Texniki-iqtisadi
əsaslandırmaya geoloji tədqiqatlar, bina və qurğuların texniki layihələri, istehsalın
texniki hazırlığı, ətraf mühitə təsirin ekoloji tədqiqi, marketinq tədqiqatları,
maliyyə-iqtisadi göstəricilərin hesablanması daxildir. İnvestisiya layihəsinin bznes-
palnı-investisya layihəsinin bütün inkişaf etmiş ölkələrdə qəbul olunmuş təqdimat
formasıdır. İnvestisiya layihələrinin planlaşdırılması metodları və iqtisadi
səmərəliliyinin müəyyən olunması meyarı
sahibkar, investor, banker, dövlət
idarələrinin qulluqçularının və beynəlxalq maliyyə təşkilatlarının qarşılıqlı
anlaşmasını təmin edən işgüzar münasibətlərin müəyyən olunması vasitələridir.
İnvestisiya layihələrinin səmərəliliyinin təhlili üç hissədən ibarətdir:
Dostları ilə paylaş: