İdarəetmənin sosial-psixoloji metodları öz məzmununa görə işçilərin əməyə
maraqlarının və yaradıcılıq təşəbbüslərinin artırılması, müəssisədə istehsal
mədəniyyətinin yüksəldilməsi, işçi heyətinin təsərrüfat fəaliyyətinə və onun
təşkilinə təsirindən və başqa bu kimi aspektlərdən ibarətdir; sosial-psixoloji
metodlarda, habelə əxlaq normaları və tərbiyəvi motivlərin də payı vardır.
İstehsalın texniki səviyyəsi yüksəldikcə, iş şəraiti yaxşılaşdıqca, işçilərin xüsusi
peşə təhsili artdıqca, dünyagörüşləri genişləndikcə, onların sosial fəallığı artır,
işlədikləri müəssisənin idarə olunmasında daha yaxından iştirak edirlər. İdarəetmə
prosesində işçilərin hərəkətini elmi cəhətdən izah etmək, bu davranışın proqnozunu
vermək çox önəmli bir məsələdir. Müəssisənin rəhbərliyi qeyd olunan cəhətləri
bilməklə tabeçiliyində olan işçilərin hər birində daha səmərəli işləmək üçün ən
yaxşı psixoloji keyfiyyətləri aşılamaqla inkişaf etdirə bilməsi istehsalın
səmərəliliyinin artırılmasında böyük rol oynayır. Müəssidə qarşılıqlı anlaşma və
sağlam münasibətlərin tənzim edilməsində ictimai davranış normaları, əxlaq
normaları və ictimai rəyin formalaşdırılması mühüm rol oynayır. Həmin normalar
və ictimai rəy sosial-psixooji amillərlə birlikdə qarşlıqlı münasibətlərə əhəmiyyətli
dərəcədə təsir göstərir, bu münasibətləri bir növ özü-özünə idarə olunan prosesə
çevirir və beləliklə də, idarəetmə sisteminin daha da demokratikləşməsinə səbəb
olur. Bu vasitələrdən birinə misal olaraq müəssisədə əmək kollektivinin konüllü
qəbul etdiyi etika kodeksini göstərmək olar. Etika kodeksi kollektiv daxilində
qarşılıqlı münasibətlərin ictimai tənzimlənməsi vasitəsi kimi idarəetmənin sosial-
psixoloji amilinin “təlimatçısı” rolunu oynayır.
4. Rəhbər kadrların və mütəxəssislərin seçilməsi və yerləşdirilməsi, onların
əməyinin təşkili, əməyin iyerarxiyası və funksional bölgüsünün formalaşması,
idarəetmə orqanları aparatının quruluşunun müəyyənləşdirilməsi və işçilərin
sayının müəyyən olunması idarəetmənin təşkilati sisteminə daxildir. İdarəetmə
prosesi-idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş
müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə
yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının
təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcıllıqla yerinə yetirilən
müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının kompleksi kimi başa düşülür.
İdarəetmənin xətti quruluşu obyektlər üzrə rəhbərlərin ayrılmasını göstərir
ki, bunlardan hər biri bütün növ işləri yerinə yetirir, həmin obyektin idarə edilməsi
ilə əlaqədar olan bütün qərarları işləyib hazırlayır və qəbul edir. Belə quruluş xalis
şəkildə idarəetmənin yalnız ən aşağı pillələrində (briqada, istehsalat sahəsi) tətbiq
edilir.
İdarəetmənin funksional quruluşunda kollektivin idarə edilməsinə dair
bütün iş növləri müxtəlif funksional bölmələr arasında bölüşdürülür və bu
bölmələrdən hər biri müəyyən işləri yerinə yetirir. İdarəetmə quruluşunun bu
tipində idarəetmənin ixtisaslaşdırılması daha dolğun həyata keçirilir. Əmək
kollektivi daha ixtisaslı və əsaslandırılmış qərarlar alır. Lakin bu halda çox vaxt
kollektivə müxtəlif funksional bölmələrdən bir-birinə zidd göstərişlər gəlir, vahid
rəhbərlik pozulur, əmək kollektivinin fəaliyyətinin ümumi istiqaməti itir. Bu sistem
vahid rəhbərlik prinsipinə uyğun olmadığına görə bütün hallarda tətbiq edilmir.
İdarəetmənin xətti-funksional quruluşu daha geniş yayılmışdır. Belə
quruluşda idarəetməni bütünlükdə müəyyən kollektivə başçılıq edən xətti rəhbərlər
həyata keçirirlər. Ayrı-ayrı qərarları hazırlayarkən xətti rəhbərə ixtisaslaşmış
funksional aparat kömək edir. Bu aparat aşağıdakı vəsilələrə aid qərarları bilavasitə
özü qəbul etmir. O, xətti rəhbərin tabeliyindəki qərargah hüququnda işləyir və
qərarların hazırlanması prosesində ona kömək edir.
İdarəetmənin xətti-funksional quruluşu
İstehsalın müasir inkişaf mərhələsində iri təşkilatlar çərçivəsində
idarəetmənin qərargah sistemində qeyri-qənaətbəxşlik meydana çıxır. İşləri
əlaqələndirmək və ən məhsul qərarların yerinə yetirilməsinə nəzarət etmək zərurəti
meydana çıxır. Buna idarəetmənin matris quruluşunu tətbiq etmək yolu ilə nail
olurlar.
Dostları ilə paylaş: |