2. Dövriyyə vəsaitlərindən istifadə səviyyəsini öyrənmək üçün iqtisadi və texniki-iqtisadi göstəricilər sistemindən istifadə olunur. Material
vəsaitlərindən və dövriyyə vəsaitlərinin digər ünsürlərindən səmərəli istifadə
edilməsi, nəticədə ümumiləşdirici bir göstərici olan dövriyyə vəsaitlərinin dövr
sürətini artırır. Dövriyyə fondlarından istifadənin yaxşılaşdırılması iqtisadi
cəhətdən böyük səmərə verir. Məhsul vahidinin hazırlanmasına maddi-enerji
ehtiyatları sərfinin azaldılması, eyni miqdarda istehsal ehtiyatlarından daha çox
məhsul istehsal etməyə, onun maya dəyərini və materialtutumunu aşağı
salmağa, müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmağa və s. imkan verir.
Ayrı-ayrı ünsürlərin deyil, dövriyyə vəsaitlərindən bütünlükdə istifadə
səmərəliliyi üç əsas göstərici ilə-dövretmə əmsalı (dövretmələrin sayı), dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və bir dövriyyənin uzunluğu ilə (günlərlə)-xarakterizə olunur.
Dövriyyə vəsaitlərinin dövretmə əmsalı realizə olunmuş məhsulun həcminin
(əlavə edilmiş dəyərin satılmış hissəsi) dövriyyə vəsaitlərinin orta qalığına
(illik, rüblük) nisbəti kimi hesablanır və bunun üçün aşağıdakı düsturdan
istifadə olunur
Burada,
- dövriyyə vəsaitlərinin dövretmə əmsalı-il (rüb, ay) ərzində
dövretmələrin sayıdır;
R-topsdansatış qiymətində realizə olunmuş məhsulun həcmidir, manatla;
- dövriyyə vəsaitlərininorta illik (rüblük, aylıq) qalığıdır, manatla.
Dövriyyə vəsaitlərinin orta illik qalığını hesablamaq üçün onların ilin əvvəlinə
və axırına olan qalıqlarının yarısının üzərinə ilin aylarının (ilin I ayı istisna
olmaqla) əvvəlinə olan qalıqları əlavə edilib, nəticəni ildəki ayların sayına
bölürlər.
Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı dövretmə əmsalının tərsi kimi
hesablanır və o 1 manatlıq realizə olunmuş məhsula sərf edilmiş dövriyyə
vəsaitlərinin həcmini səciyyələndirir. Bunun üçün aşağıdakı düsturdan istifadə
olunur: