Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə37/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   33   34   35   36   37   38   39   40   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

=
 
Burada, 
dövriyyə vəsaitlərinin yüklənmə əmsalıdır.


Dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi (il, 
rüb,ay) günlərin sayının dövretmə əmsalına bölünməsi yolu ilə hesablanır və 
aşağıdakı düsturdan istifadə olunur: 
 
Burada, 
- dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə 
uzunluğudur; 
-dövrdəki günlərin sayıdır (il-360 gün, rüb-90 gün və ay-30 gün). 
 
 
Firmanın idarəetmə mexanizmi və onun təşkilati quruluşu 
1. İdarəetmənin mahiyyəti və prinsipləri 
2. İdarəetmənin funksiyaları və onların təsnifatı 
3. İdarəetmənin metodları və onların tətbiqi istiqamətləri 
4. Firmanın idarəetmə mexanizminin təşkilati quruluşu 
 
1. İdarəetmə insanların şüurlu şəkildə ətraf mühitə, canlı və cansız təbiətə, 
texnika və texnologiyaya, istehsal heyətinə təsir etməklə hadisə və prosesləri öz 
axarına yönəltmək yolu ilə zəruri olan, ehtiyac duyulan nəticələrə nail olmaqdır. 
İdarəetmə qarşıda qoyulan məqsədlərə lazimi müddətdə-müəyyən vaxt 
intervalında-minimum maddi və əmək resurslarının sərfi ilə nail olmağa 
yönəldilmiş idarəetmə subyekti ilə istehsal heyətinin birgə həyata keçirdikləri 
tədbirlər sistemidir. İdarəetmədə qarşıya qoyulan məqsədlər bir sıra tələblərə cavab 
verməlidir ki, bunlara da aşağıdakılar daxildir: 
- məqsədlərin uzlaşması, vəhdətdə olması və bir-birinə zidd olmaması; 
- real olması (yerinə yetirilməsinin mümkün olması); 
- icraçılar üçün aydın olması; 
- çevik olması.
Müasir dövrdə istehsal və idarəetmə sisteminin dəyişən şəraitə uyğunlaşması 
üçün xarici mühitin dəyişməsinə dair proqnozlar əldə olunmalı və məqsədlər bu 
proqnozlara uyğun dəqiqləşdirilməlidir. Bu, strateji idarəetmə prinsiplərinə 
əsaslanır və onların vasitəsilə həyata keçirilir. Strategiya-kifayət qədər uzun 
müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması 
əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa 
imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının məcmusudur. Qeyd 
edək ki, insanlarla, predmetlərlə və informasiyalarla işləmək idarəetmənin 
bilavasitə vəzifələridir. 


Firma və müəssisənin məqsədlərinə gəlincə, onlar idarəetmənin bütün 
elementləri ilə əlaqəlidir və qarşılıqlı asılılıqdadırlar.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin