Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


İstehsal firmasının dövriyyə fondları və dövriyyə vəsaitləri



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə34/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   30   31   32   33   34   35   36   37   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İstehsal firmasının dövriyyə fondları və dövriyyə vəsaitləri 


 
1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi 
2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri 
1. Əmək predmetləri istehsal vasitələrinin tərkib hissələrindən biri olmaqla 
dəyər formasında dövriyyə fondları adlanır. Dövriyyə istehsal fondları istehsal 
vasitələrinin elə ünsürlərindən ibarətdir ki, onlar əmək prosesinə daxil olmaqla 
hər bir istehsal tsiklində tamamilə istehlak olunur, həmin tsikldə öz dəyərlərini 
bütünlüklə yaradılan məhsulun üzərinə keçirir və özlərinin natural formalarını 
dəyişirlər. 
Dövriyyə istehsal fondları, əsas fondlardan fərqli olaraq, istehsal olunan 
məhsul üzərinə öz dəyərlərini bir dəfəyə və tamamilə-yanacaq, enerji və 
köməkçi materialların bir qismi istisna olmaqla-özlərinin maddi-əşya 
formalarına xas olan fiziki-kimyəvi xüsusiyyətlərini də keçirirlər.
İstehsal firması və ya sənaye müəssisənin dövriyyə fondları özlərinin 
təyinatına, yaradılma zəruriliyini müəyyən edən şərait və amillərin 
müxtəlifliyinə görə üç hissəyə bölünür və bunlar aşağıdakılardır: 
1. İstehsal ehtiyatları-bu, istehsalçı müəssisə tərəfindən alınmış, özünün 
əmlakı kimi istehsal prosesi üçün hazırlanmış və onun (istehsalın) 
fasiləsizliyini təmin etmək məqsədilə həmin prosesə daxil olmağı gözləyən 
xammal, material, yanacaq və s.-dən ibarətdir. 
2. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar-bu, artıq 
texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsində olan material, 
istehsalı hələ başa çatdırılmamış hissə, bağlama və məmulatlar və habelə 
özünün istehsalı olan yarımfabrikatlardır. 
3. Gələcək dövrün xərcləri-bu, dövriyyə fondlarının qeyri-maddi ünsürləri 
kimi, məsələn yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması, 
onun istehsalı üçün yeni texnologiyanın işlənməsi və tətbiqi və s. ilə əlaqədar 
xərclərdir ki, cari dövrdə çəkilsələr də, gələcəkdə istehsal olunacaq məhsulun 
maya dəyərinə daxil edilməklə geri qaytarılır. 
İctimai əmək bölgüsü nəticəsində bir müəssisənin istehsal etdiyi məhsulun 
digər müəssisə üçün istehsal vasitəsinə çevrildiyi şəraitdə istehsalın vaxtı, 
məkanı və həcmi istehlakın uyğun göstəricilərindən fərqlənir. Belə bir 
vəziyyətdə istehsal prosesinin fasiləsizliyi yalnız dövriyyə fondlarının 
müəyyən hissəsinin onların hərəkətinin müxtəlif mərhələlərində yığımı ilə 
təmin edilə bilər.
İstehsal-texniki təyinatlı əmək məhsullarının istehlakçı müəssisələrdə bu cür 
yığımı istehsal vasitələrindən ehtiyatlar və ya istehsal ehtiyatları adlanır.
Ehtiyatların həcmi həm mütləq, həm dəyər və həm də nisbi ölçülərlə hesablana 
bilər. Ehtiyatın mütləq ölçüsü natural şəkildə ton, sentner, metr, ədədlə, başqa 


sözlə, materialın ölçülə biləcəyi fiziki vahidlərlə müəyyən edilir. İstehsal 
ehtiyatları həcminin mütləq ölçülərdə öyrənilməsinin əhəmiyyəti ondadır ki, 
bunun vasitəsilə anbar təsərrüfatının səmərəli təşkilinə, xüsusilə maddi-texniki 
təchizatın planlaşdırılmasının həyata keçirilməsinə, başqa sözlə, materiala 
tələbatın hesablanmasına nail olmaq mümkün olur.
İstehsal ehtiyatlarının həcmi dəyər ölçüsü ilə də qiymətləndirilir. Ehtiyatın 
mütləq həcminin, onu təşkil edən material vahidinin qiymətinə vurulması yolu 
ilə ehtiyatın dəyər ölçüsündə miqdarı tapılır. Ehtiyatın həcminin qiymət 
ölçüsündə tapılması, istehsalın dəyər göstəricilərinin planlaşdırılmasında, 
maliyyə planının tərtibində, istehsalın rentabelliyinin hesablanmasında və s.-də 
böyük əhəmiyyət kəsb edir.
İstehsal ehtiyatları həm də nisbi ölçülərlə müəyyən olunur. Bu halda ehtiyatın 
kütləsi (çəkisi)və dəyəri heç bir rol oynamır.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin