Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə31/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   27   28   29   30   31   32   33   34   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

“Ötürücü qurğular”. Bu qrupa elektrik, istilik və mexaniki enerjinin, habelə 
maye və qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir. 
İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbətləri 
əsas fondların istehsal strukturunu müəyyənləşdirir. Əsas fondların istehsal 
strukturu və onun dinamikası istehsalın texniki səviyyəsini səciyyələndirən 
göstəricilərdəndir və əsas fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir 
göstərirlər. İstehsalın təmərküzləşmə, ixtisaslaşma və kooperativləşmə səviyyəsi də 
istehsal əsas fondlarının strukturuna əhəmiyyətli dərəcədə təsir göstərir: istehsalın 
təmərküzləşmə, ixtisaslaşma səviyyəsi nə qədər yüksək olarsa, onun mexanikləşmə 


dərəcəsi bir o qədər yüksək və əsas fondların quruluşunda iş maşınları və 
avadanlıqların da xüsusi çəkisi böyük olar. 
2. İstehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota alınır və 
planlaşdırılır. İstehsal əsas fondlarının natural göstəricilərlə qiymətləndirilməsi 
istehsal prosesininn texnoloji xüsusiyyətlərindən asılıdır və istehsal 
müəssisələrində 
əsas 
fondların 
texniki 
tərkibini, 
istehsal 
gücünü 
müəyyənləşdirmək, istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqlar və 
yollar müəyyən etmək, avadanlıq balansı tərtib etmək, habelə investisiyanın və 
yeni maşın və avadanlıqların tərtibi hesabına istehsalı inkişaf etdirmək üçün 
istifadə olunur.
Əsas fondların dəyər ifadəsində uçota alınması və planlaşdırılması 
müəssisənin istehsal əsas fondlarının köhnəlməsini müəyyən etmək və 
amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və onların geniş təkrar 
istehsalını planlaşdırmaq, habelə məhsulun maya dəyərini və müəssisələrin 
rentabelliyini müəyyən etmək məqsədilə aparılır.
Əsas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və bu müddətdə 
təkrar istehsal şəraitinin dəyişməsi ilə əlaqədar olaraq əsas fondlar-onların 
hərəkətinə nəzarət məqsədilə-üç növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri) 
qiymətləndirilir.
Əsas fondların ilkin dəyəri dedikdə, onların istehsalı (yaxud inşası), əldə 
edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə əlaqədar olan xərclərin 
məcmusu nəzərdə tutulur. Müəssisənin əsas fondlarının uçotu onların ilkin dəyəri 
ilə aparılır. 
Bərpa dəyəri üzrə qiymətləndirmə yeni istehsal şəraitində (cari ildə) əsas 
fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə edir. İstehsal əsas 
fondlarının bərpa dəyəri ilkin dəyər ilə mənəvi aşınmanın dəyər formasında ifadə 
olunmuş kəmiyyəti arasındakı fərq kimi müəyyən edilir.
Əsas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində məqsəd onun 
istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmini, başqa 
sözlə, həmin məqam üçün faktiki dəyərini müəyyən etməkdir.
Əsas fondların təkrar istehsal xarakteristikası onların artması, təzələnməsi və 
sıradan çıxması göstəriciləri vasitəsilə təhlil olunur və öyrənilir.
Artma əmsalı baxılan dövrdə əsas fondların artımını əks etdirir və yeni 
istifadəyə verilmiş əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların 
dəyərinə nisbəti kimi müəyyən edilir.
İstehsal aparatının yeniləşməsi təzələnmə (yeniləşmə) əmsalı ilə müəyyən 
olunur və bu əmsal yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin axırına 
olan əsas fondların dəyərinə nisbətini əks etdirir.


Əsas fondların sıradan çıxma əmsalı baxılan dövrdə istifadədən çıxmış əsas 
fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi 
hesablanır.
3. Əsas fondlar özlərinin dəyər və istehlak dəyərini tədricən itirməklə 
köhnəlir: onlar fiziki aşınmaya və mənəvi köhnəlməyə məruz qalırlar.
İstehsal əsas fondları həm istifadə zamanı və habelə boşdayanmalar vaxtı 
özünün texniki-istismar xassələrini itirir-belə köhnəlmə (aşınma) fiziki köhnəlmə 
adlanır.
Göründüyü kimi, əsas fondlar həm işlədikləri və həm də istismar 
olunmadıqları halda fiziki cəhətdən köhnəlirlər. Lakin hər iki halda, qüvvədə olan 
qaydaya görə əsas fondların dəyəri amortizasiya normasına müvafiq olaraq 
yaradılan məhsulun üzərinə keçirilir. Buna görə də, əsas fonlardan məhsuldar 
istifadə (istismar) zamanı onların fiziki köhnəlməsi həm də iqtisadi köhnəlmədir. 
Başqa sözlə, əgər əsas fondların dəyərinin yaradılan məhsul üzərinə keçirilməsi 
onların istifadəsi ilə bir zamanda baş verirsə, bu, həm fiziki və həm, həm də 
iqtisadi köhnəlmədir.
İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köhnəlmə ilə yanaşı sosial 
cəhətdən də köhnəlirlər. Belə köhnəlmə, köhnə avadanlıqlara nisbətən istismarı 
fəhlə üçün daha rahat və cazibədar olan (səssiz, təhlükəsiz və s.) yeni 
avadanlıqların əmələ gəlməsində özünü göstərir.
Qeyri-maddi aktivlər əsas fondların bir növü kimi köhnəlmənin bütün 
növlərinə məruz qalmırlar. Qeyri-maddi aktivlərin fiziki əsasları olmadığından, 
onlar fiziki cəhətdən köhnələ bilməzlər; onlar yalnız mənəvi cəhətdən köhnəlirlər-
mükəmməl və ucuz layihələr yarandığı hallarda əvvəlkilər mənəvi cəhətdən 
köhnəlirlər. Qeyri-maddi aktivlər-hesablamanın mürəkkəbliyi və çətinliyinə görə-
bərpa dəyəri ilə qiymətləndirilmir. Onlar yalnız ilkin və qalıq dəyərinə görə 
planlaşdırılır və uçota alınırlar. 
Əsas fondlar fiziki cəhətdən qismən və tam köhnəlirlər. Onların fiziki 
cəhətdən qismən köhnəlməsi cari, orta və əsaslı təmirlə aradan qaldırılır.
Cari təmir əsas fondları lazimi texniki istismar vəziyyətində saxlamaq üçün və 
həm də qısa vaxt ərzində aparılır. 
Orta təmir zamanı maşın və avadanlıqlar qismən sökülür, onun işlənib 
korlanmış hissələri yenisi ilə əvəz olunur. Bu iş nisbətən əməktutumlu olduğundan, 
cari təmirə nisbətən çox vaxt tələb edir.
Əsaslı təmir-maşın və avadanlıqların tam sökülməsi, köhnəlmiş hissə və 
qovşaqların dəyişdirilməsi, detalların təmizlənməsi, yığılması və nizamlanması ilə 
əlaqədar işləri əhatə edir.
Fiziki cəhətdən köhnəlmiş, əsaslı təmir vasitəsilə bərpası iqtisadi cəhətdən 
sərfəli olmayan əsas fondlar istehsaldan çıxarılır və yenisi ilə əvəz olunur. Əsas 


fondların yeniləşdirilməsi üçün maliyyə mənbəyi amortizasiya fondudur.
Amortizasiya, köhnəlmə dərəcəsindən asılı olaraq, əsas fondun dəyərindən istehsal 
olunan məhsul üzərinə keçən hissəsidir ki, bu da istehsal olunmuş məhsul 
satıldıqca toplanır, müəssisənin maliyyə resursuna çevrilir.
Amortizasiya ayırmaları əsas fondların bütün xidmət müddətində onların 
balans dəyərindən (ilkin və bərpa) faizlə birqərarda (eyni vaxtda bir eyni 
məbləğdə) müəyyən edilə bilər. Amortizasiya ayırmaları əsas fondların istismarda, 
təmirdə olmasından və ya boş dayanmasından asılı olmayaraq onların dəyərinə 
görə faizlə hesablanır.
Müəssisə və firmalarda amortizasiya siyasəti amortizasiya normaları əsasında 
həyata keçirilir. Düzgün hesablanmış amortizasiya normaları əsas fondların 
hərəkətini (dövriyyəsini) sürətləndirir, onların təkrar istehsal prosesini 
intensivləşdirir. Əgər amortizasiya əsas fondun ilkin dəyəri əsasında hesablanarsa, 
aşağıdakı düsturun köməyilə hesablana bilər: 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin