Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Standarlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə47/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   43   44   45   46   47   48   49   50   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Standarlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri. 
Texnolojilik xassəsi ilə sıx əlaqəsi olan standarlaşdırma və eyniləşdirmə maşın, 
avadanlıq və digər mürəkkəb texniki sistemə malik məmulatların konstruktiv 
mükəmməlliyi üçün həyata keçirilən tədbirlərdir. Standarlaşdırma və eyniləşdirmə 
vasitəsilə məmulat hissələrindən standartların, eyniləşdirilmişlərin və orijinalların 
say nisbətlərini müəyyən etmək mümkün olur; standart və eyniləşdirilmiş 
hissələrin say çoxluğu həmin məmulatın özünün və ona ehtiyat hissələrinin 
istehsalı səmərəliliyini yüksəldir.
5. Erqonomik göstəricilər. Bu qəbildən olan keyfiyyət göstəriciləri “insan-
maşın-mühit” sistemini xarakterizə edir. Onlar məmulatın istismarı və ya ondan 
istifadə prosesində “insan amilinin” bir sıra gigiyenik, psixoloji, fizioloji, 
antropoloji xüsusiyyətlərini nəzərə ala bilən göstəricilərdir. Məsələn, səs, işıq, 
temperatura, silkələnmə, rütubət və s. üzrə mövcud olan normalar insanın fizioloji 
və psixoliji imkanlarını keçməməlidir; maşın və avadnlığın istismarı onun 
yaradıcısı olan insan üçün asan olmalıdır, gərgin olmamalıdır, lüzumsuz, artıq 
hərəkətləri zərurətə çevirməməlidir.
6. Məmulatın estetik göstəriciləri. Bu göstəricilər məmulatın orijinallığı, 
tamlığı, mühitə və üsluba uyğunluğu, özünü ifadəliyi, forma səlistliyi, görünüş və 
“gözoxşamağı” kimi xassələri özündə birləşdirir. Estetik göstəricilər məmulatın 
əsas xassəsinə münasib olmalı, formanın məzmununa uyğunluğu təmin edilməlidir. 
7. Məmulatın nəql olunma qabiliyyəti. Bu qism keyfiyyət göstəricisi 
məmulatın bazara çıxarılması, sonda öz istehlakçısını tapması işinin asan və 
səmərəli icrasında mühüm xassə hesab edilir. Məmulatın nəqliyyat növlərinə 
uyğunlaşma qabiliyyəti, başqa sözlə, onun yüksəlməsi və böşaldılması asanlığı, 


konteynerə yerləşdirilməsi və taralara qablaşdırılmasının mümkünlüyü və s. onun 
nəqlolunmağa münasibliyini müəyyən edir. 
8. Patent-hüquq göstəriciləri. Məmulatın bu qəbildən olan keyfiyyət 
xassələrinə bazar iqtisadi sistemində işləyən ölkələrdə xüsusi əhəmiyyət verilir. 
Patentə layiq bilinmiş məmulat öz “sələflərindən” yeni texniki işləmələrin 
daşıyıcısı kimi fərqlənməlidir, onun nümunəsi həm istehsalçı ölkədə və həm də 
ixrac olunacaq ölkələrdə qeydiyyatdan keçməlidir. 
9. Ekoloji göstəricilər. Bu göstəricilər hər hansı bir məmulatın istehsalı, 
istifadəsi və ya istismarı prosesində ətraf mühitə ziyanlı təsirini xarakterizə edir. 
Məmulatın istehsalı zamanı ətraf mühitə ziyanlı təsirinin gücü onun keyfiyyətini 
formalaşdıran digər xassələrin əhəmiyyətini neytrallaşdıra, daha doğrusu, ciddi 
şəkildə azalda bilər.
10. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin