Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   16   17   18   19   20   21   22   23   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İstehsalın təmərküzləşməsi-məhsul istehsalının-daha iri müəssisələrdə 
toplanması 
prosesidir. 
İstehsalın 
təmərküzləşməsi, 
ixtisaslaşması, 
kooperativləşməsi və kombinələşməsi arasında sıx əlaqələr vardır. İstehsalın 
təmərküzləşməsi istehsalın ictimai təşkili formaları içərisində ən mürəkkəbidir, 
onun inkişafı digər formalarda da dəyişikliklərə səbəb olur. O, istehsalın 
ixtisaslaşması üçün əsas yaradır, onun inkişaf tempini və səviyyəsini müəyyən 
edir. Təmərküzləşmə prosesinin mahiyyəti iqtisadiyyatın sahələrində məhsul 
istehsalı üzrə iri müəssisələrin xüsusi çəkilərinin mütəmadi artması ilə 
səciyyələnir.
Sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasına nisbi 
təmərküzləşmə deyilir. Təmərküzləşmə mütləq mənada da arta bilər. Belə halda 
sahəyə daxil olan müəssisələrin ölçüləri artır. 
Təmərküzləşmə prosesinin birinci cəhəti (nisbi) müəssisələr arasında ümumi 
məhsul 
istehsalının 
bölüşdürülməsi 
ilə 
əlaqədardırsa, 
ikincisi-istehsal 
müəssisələrinin özlərinin ölçülərinin (mütləq) dəyişməsilə bağlıdır.
Təmərküzləşmənin aqreqat, istehsal-texniki və texnoloji formaları mövcuddur 
ki, bunlar da intensiv və ekstensiv yolla inkişaf etmiş və formalaşmışlar. 


Aqreqat təmərküzləşməsi elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi, 
aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı 
yüksək olanların payının artması və onların daha böyük xüsusi çəkiyə malik 
olmaları ilə xarakterizə edilir. Bu təmərküzləşmə forması bilavasitə elmi-texniki 
tərəqqini əks etdirir və yalnız intensiv yolla inkişaf edir.
Təmərküzləşdirmənin istehsal-texniki forması qurulmuş avadanlıqların 
sayca çoxaldılması yolu ilə baş verir. Bu o deməkdir ki, təmərküzləşdirmənin bu 
forması yalnız ekstensiv yolla həyata keçirilir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin