Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə24/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   20   21   22   23   24   25   26   27   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Aqreqat üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin aqreqat növündən 
texniki səviyyəsinə və konstruktiv quruluşuna görə mürəkkəb məhsul istehsalı ilə 
məşğul olan baş zavod kooperasiyaya daxil olan (əlaqədar) zavodlardan elektrik 
mühərrikləri, generatorlar, reduktorlar, nasoslar, kompressorlar və s. kimi 


aqreqatlar almaqla hazır məhsulun istehsalını tamamlayırlar, onu bir növ 
dəstləşdirirlər.
Hissələr üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin bu növündə son 
hazır məhsulun istehsalı üzrə ixtisaslaşdırılmış baş müəssisə əlaqədar firmalardan 
hissə və qovşaqlar almaqla məhsulun istehsalı işini tamamlayır. Buna misal olaraq 
maşınqayırma sənayesində baş zavodların kooperasiyaya daxil olmuş 
müəssisələrdən porşen, radiator, diyircəkli yastıq, bolt, qayka almasını və yaxud 
ixtisaslaşdırılmış baş kimya sənaye müəssisələrinin digər əlaqədar müəssisələrdən 
plastik kütlə, texniki rezin, asbest və s. məmulatların almasını misal göstərmək 
olar. 
Texnoloji mərhələlər üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin bu 
növündə bir müəssisə digərinə müəyyən yarımfabrikatlar göndərir və ya onun üçün 
məhsul istehsalı texnologiyasının müəyyən bir mərhələsinin icrasını həyata keçirir. 
Buna misal olaraq, bir müəssisənin dgərinə döymə, tökmə, ştamplama məmulatı, 
metal konstruksiyalar göndərilməsini göstərmək olar. Əyrilmiş yunun toxucu 
fabrikinə verilməsi texnoloji mərhələ üzrə kooperativləşmə üçün misal ola bilər. 
İstehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini təhlil etmək və 
qiymətləndirmək üçün müəyyən göstəricilər sistemindən istifadə edilir. 
Göstəricilər sistemi ixtisaslaşdırm aprosesinin aşağıdakı başlıca cəhətlərini özündə 
əks etdirməli və ya qiymətləndirməlidir: əmək bölgüsünün səviyyəsini, yəni 
sitehsalın ixtisaslaşdırma formasını; məhsulun sahənin və ya müəssisənin istehsal 
prosesinə uyğun gəlməsi dərəcəsini; məhsulun nomenklaturası və ya çeşidinin 
genişliyini; məhsulun konstruktiv-texnoloji cəhətdən ümumiliyini; texnoloji 
cəhətdən yekcins məhsulların istehsalının təmərküzləşmə və optimallıq səviyyəsini 
və başqalarını. 
İstehsalın ixtisaslaşma səviyyəsini qiymətləndirərkən aşağıdakı göstəricilər 
sistemi tətbiq edilir: 
- müəyyən növ məhsulun ümumi buraxılışında ixtisaslaşdırılmış sahənin 
xüsusi çəkisi, “əhatəetmə əmsalı” adlanan əmsal. “Əhatəetmə əmsalı” göstəricisi 
bu və ya digər sahənin formalaşması prosesini və iqtisadi inkişaf səviyyəsini 
səciyyələndirir və ölkədəki ümumi istehsalın həcmində ixtisaslaşdırılmış 
müəssisələr tərəfindən buraxılan məhsulun həcminin xüsusi çəkisi kimi hesablanır; 
- sahənin və ya müəssisənin ümumi məhsul buraxılışında əsas (profil) 
məhsulun xüsusi çəkisi, “sahə” və ya “müəssisə ixtisaslaşdırılması əmsalı” adlanan 
əmsal. Müəssisənin əsas (profil) məhsulu onun profilinə, yəni mövcud 
avadanlıqların, texnoloji prosesin və kadrların ixtisaslaşması xarakterinə uyğun 
olan konstruktiv və texnoloji cəhətdən yekcins məhsuldur. 
Müəssisədaxili ixtisaslaşma səviyyəsi aşağıdakı göstəricilər vasitəsilə 
öyrənilir və təhlil edilir: 


a) ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi; 
b) bir iş yerinə düşən hissə-əməliyyatların sayı; 
c) əməliyyatların təhkimolunma əmsalı. 
n-birnövbəli iş rejimində işə çıxmış fəhlələrin və ya iş yerlərinin sayıdır. 
Müəssisənin ixtisaslaşma səviyyəsini daha tam xarakterizə etmək üçün 
istehsalın texniki və təşkilati səviyyəsini əks etdirən əlavə göstəricilərdən də 
istifadə edilə bilər. Bu göstəricilərə aşağıdakılar aiddir: hazırlanan məhsulun 
seriyalılığı və kütləvilik səviyyəsi; buraxılan məhsulda standartlaşdırılmış, 
normallaşdırılmış və eyniləşdirilmiş hissə, qovşaq və ya aqreqatların xüsusi çəkisi; 
ümumi avadanlıqlar parkında avtomat və xüsusi avadanlıqların payı vəs. İstehsalın 
ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin əsas göstəricilərinə: məhsul 
istehsalına, cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat 
xərclərinə qənaət; əsaslı vəsait qoyuluşlarına qənaət və onların ödəmə mddəti; 
istehsalın ixtisaslaşdırılmasından əldə edilən illik iqtisadi səmərə və s. aiddir.
İstehsalın ixtisaslaşdırılmasına dair tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 
investisiya 
layihəsinin 
əlverişli variantının seçilməsində investisiyanın 
səmərəliliyinin qiymətləndirilməsinin standart metodlarından istiadə olunur. 
Bunlara, əsasən cari xalis dəyər və daxili rentabellik norması göstəriciləri aiddir. 
Bir çox sənaye sahələri üçün səciyyəvi olan, istehsalın ictimai təşkili forması 
kimi kombinələşdirmə-texnoloji, iqtisadi, təşkilati baxımdan əlaqəli olan müxtəlif 
sahələrə məxsus ayrı-ayrı istehsalların, məhsul buraxmaq qbiliyyətlərinin 
proporsionallığını təmin etmək şərtilə, vahid istehsal kompleksində 
birləşdirilməsidir.
3. Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi 
xarakterindən asılı olaraq kombinələşmənin 3 forması mövcuddur. 
1. Xammalın-hazır məhsulun alınmasına qədər-ardıcıl emalına görə. 
Kombinələşmənin bu forması üçün qara metallurgiya kombinatları daha 
səciyyəvidir. Bu istehsalda, xammal kimi istehlak olunan dəmir filizinin hasil 
edilməsi və zənginləşdirilməsindən sonra, metallurgiya kombinatında ardıcıl olaraq 
çuqun, polad və prokat (yayma, vərəqə polad) alınır. 
2. Xammalın kompleks emalına görə. Məlumdur ki, mineral (üzvi) və kənd 
təsərrüfatı xammalı bir sıra müxtəlif faydalı komponentlərin (maddələrin) 
birləşməsindən ibarətdir. Elmi-texniki tərəqqinin müasir vəziyyətində, xüsusilə 
kimyəvi və termiki proseslərin köməyilə, xammalın tərkibində olan bütün faydalı 
ünsürləri ayırmaq və istifadə etmək mümkün olur. Xammalın son faydalı maddənin 
alınmasına qədər emalı ondan kompleks istifadəni təmin edir. Xammalın kompleks 
emalı nəticəsində müxtəlif məhsullar istehsalına nail olmaq üçün onun ictimai 
təşkili vahid bir məkanda birləşdirilir, kombinatların yaradılması vasitəsilə həyata 
keçirilir. 


3. Tullantılardan istifadəyə görə. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, 
təbiətdə monotərkibli mineral xammal yoxdur. Buna görə də, bu qəbildən olan hər 
hansı bir xammalın emalı zamanı həmin istehsal üçün həm əsas olan və həm də 
əsas olmayan məhsullar alınır və bir də texnoloji tullantılar yaranır. Buna misal 
olaraq misin alınması üçün kombinələşməni misal göstərmək olar.
Ümumiyyətlə, istehsal (texnoloji, təşkilati-texniki) tullantılarını onların fiziki 
hallarından asılı olaraq müxtəlif üsulların köməyilə emal edir və utilləşdirirlər: 
1. Maye və qaz halında-absorbsiya (hopdurma, udma), çökdürmə, 
filtrləşdirmə və texniki emal; 
2. Maye və bərk halında-kristallaşdırma və termiki emal; 
3. Maye halında-buxarlandırma, distilləmə vərektifikasiya (ayırma); 
4. Bərk halında-ekstraksiya (çıxarmaq) və kimyəvi emal.
İstehsallar arasında əlaqələrin xarakterindən asılı olaraq kombinələşmə üç 
tipə: şaquli, üfüqi və qarışıq tiplərə bölünür.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin