aqreqatlar almaqla hazır məhsulun istehsalını tamamlayırlar, onu bir növ
dəstləşdirirlər.
Hissələr üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin bu növündə son
hazır məhsulun istehsalı üzrə ixtisaslaşdırılmış baş müəssisə əlaqədar firmalardan
hissə və qovşaqlar almaqla məhsulun istehsalı işini tamamlayır. Buna misal olaraq
maşınqayırma sənayesində baş zavodların
kooperasiyaya daxil olmuş
müəssisələrdən porşen, radiator, diyircəkli yastıq, bolt, qayka almasını və yaxud
ixtisaslaşdırılmış baş kimya sənaye müəssisələrinin digər əlaqədar müəssisələrdən
plastik kütlə, texniki rezin, asbest və s. məmulatların almasını misal göstərmək
olar.
Texnoloji mərhələlər üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin bu
növündə bir müəssisə digərinə müəyyən yarımfabrikatlar göndərir və ya onun üçün
məhsul istehsalı texnologiyasının müəyyən bir mərhələsinin icrasını həyata keçirir.
Buna
misal olaraq, bir müəssisənin dgərinə döymə, tökmə, ştamplama məmulatı,
metal konstruksiyalar göndərilməsini göstərmək olar. Əyrilmiş yunun toxucu
fabrikinə verilməsi texnoloji mərhələ üzrə kooperativləşmə üçün misal ola bilər.
İstehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini təhlil etmək və
qiymətləndirmək üçün müəyyən göstəricilər sistemindən istifadə edilir.
Göstəricilər sistemi ixtisaslaşdırm aprosesinin aşağıdakı başlıca cəhətlərini özündə
əks etdirməli və ya qiymətləndirməlidir: əmək bölgüsünün səviyyəsini, yəni
sitehsalın ixtisaslaşdırma formasını; məhsulun sahənin və ya müəssisənin istehsal
prosesinə uyğun gəlməsi dərəcəsini; məhsulun nomenklaturası
və ya çeşidinin
genişliyini; məhsulun konstruktiv-texnoloji cəhətdən ümumiliyini; texnoloji
cəhətdən yekcins məhsulların istehsalının təmərküzləşmə və optimallıq səviyyəsini
və başqalarını.
İstehsalın ixtisaslaşma səviyyəsini qiymətləndirərkən aşağıdakı göstəricilər
sistemi tətbiq edilir:
- müəyyən növ məhsulun ümumi buraxılışında ixtisaslaşdırılmış sahənin
xüsusi çəkisi, “əhatəetmə əmsalı” adlanan əmsal. “Əhatəetmə əmsalı” göstəricisi
bu və ya digər sahənin formalaşması prosesini və iqtisadi
inkişaf səviyyəsini
səciyyələndirir və ölkədəki ümumi istehsalın həcmində ixtisaslaşdırılmış
müəssisələr tərəfindən buraxılan məhsulun həcminin xüsusi çəkisi kimi hesablanır;
- sahənin və ya müəssisənin ümumi məhsul buraxılışında əsas (profil)
məhsulun xüsusi çəkisi, “sahə” və ya “müəssisə ixtisaslaşdırılması əmsalı” adlanan
əmsal. Müəssisənin əsas (profil) məhsulu onun profilinə, yəni mövcud
avadanlıqların, texnoloji prosesin və kadrların ixtisaslaşması xarakterinə uyğun
olan konstruktiv və texnoloji cəhətdən yekcins məhsuldur.
Müəssisədaxili ixtisaslaşma səviyyəsi aşağıdakı göstəricilər vasitəsilə
öyrənilir və təhlil edilir:
a) ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi;
b) bir iş yerinə düşən hissə-əməliyyatların sayı;
c) əməliyyatların təhkimolunma əmsalı.
n-birnövbəli iş rejimində işə çıxmış fəhlələrin və ya iş yerlərinin sayıdır.
Müəssisənin ixtisaslaşma səviyyəsini daha tam xarakterizə etmək üçün
istehsalın texniki və təşkilati səviyyəsini əks etdirən
əlavə göstəricilərdən də
istifadə edilə bilər. Bu göstəricilərə aşağıdakılar aiddir: hazırlanan məhsulun
seriyalılığı və kütləvilik səviyyəsi; buraxılan məhsulda standartlaşdırılmış,
normallaşdırılmış və eyniləşdirilmiş hissə, qovşaq və ya aqreqatların xüsusi çəkisi;
ümumi avadanlıqlar parkında avtomat və xüsusi avadanlıqların payı vəs. İstehsalın
ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin əsas göstəricilərinə: məhsul
istehsalına, cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat
xərclərinə qənaət; əsaslı vəsait qoyuluşlarına qənaət və onların ödəmə mddəti;
istehsalın ixtisaslaşdırılmasından əldə edilən illik iqtisadi səmərə və s. aiddir.
İstehsalın ixtisaslaşdırılmasına dair tədbirlərin həyata keçirilməsi ilə əlaqədar
investisiya
layihəsinin
əlverişli variantının seçilməsində investisiyanın
səmərəliliyinin qiymətləndirilməsinin standart metodlarından istiadə olunur.
Bunlara, əsasən cari xalis dəyər və daxili rentabellik norması göstəriciləri aiddir.
Bir çox sənaye sahələri üçün səciyyəvi olan, istehsalın ictimai təşkili forması
kimi kombinələşdirmə-texnoloji, iqtisadi, təşkilati baxımdan
əlaqəli olan müxtəlif
sahələrə məxsus ayrı-ayrı istehsalların, məhsul buraxmaq qbiliyyətlərinin
proporsionallığını təmin etmək şərtilə, vahid istehsal kompleksində
birləşdirilməsidir.
3. Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi
xarakterindən asılı olaraq kombinələşmənin 3 forması mövcuddur.
1. Xammalın-hazır məhsulun alınmasına qədər-ardıcıl emalına görə.
Kombinələşmənin bu forması üçün qara metallurgiya kombinatları daha
səciyyəvidir. Bu istehsalda, xammal kimi istehlak olunan
dəmir filizinin hasil
edilməsi və zənginləşdirilməsindən sonra, metallurgiya kombinatında ardıcıl olaraq
çuqun, polad və prokat (yayma, vərəqə polad) alınır.
2. Xammalın kompleks emalına görə. Məlumdur ki, mineral (üzvi) və kənd
təsərrüfatı xammalı bir sıra müxtəlif faydalı komponentlərin (maddələrin)
birləşməsindən ibarətdir. Elmi-texniki tərəqqinin müasir vəziyyətində, xüsusilə
kimyəvi və termiki proseslərin köməyilə, xammalın tərkibində olan bütün faydalı
ünsürləri ayırmaq və istifadə etmək mümkün olur. Xammalın son faydalı maddənin
alınmasına qədər emalı ondan kompleks istifadəni təmin edir. Xammalın kompleks
emalı nəticəsində müxtəlif məhsullar istehsalına nail
olmaq üçün onun ictimai
təşkili vahid bir məkanda birləşdirilir, kombinatların yaradılması vasitəsilə həyata
keçirilir.
3. Tullantılardan istifadəyə görə. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki,
təbiətdə monotərkibli mineral xammal yoxdur. Buna görə də, bu qəbildən olan hər
hansı bir xammalın emalı zamanı həmin istehsal üçün həm əsas olan və həm də
əsas olmayan məhsullar alınır və bir də texnoloji tullantılar yaranır. Buna misal
olaraq misin alınması üçün kombinələşməni misal göstərmək olar.
Ümumiyyətlə, istehsal (texnoloji, təşkilati-texniki) tullantılarını onların fiziki
hallarından asılı olaraq müxtəlif üsulların köməyilə emal edir və utilləşdirirlər:
1. Maye və qaz halında-absorbsiya (hopdurma, udma), çökdürmə,
filtrləşdirmə və texniki emal;
2. Maye və bərk halında-kristallaşdırma və termiki emal;
3. Maye halında-buxarlandırma, distilləmə vərektifikasiya (ayırma);
4. Bərk halında-ekstraksiya (çıxarmaq) və kimyəvi emal.
İstehsallar arasında əlaqələrin xarakterindən asılı olaraq kombinələşmə üç
tipə: şaquli, üfüqi və qarışıq tiplərə bölünür.
Dostları ilə paylaş: