- kombinələşmiş istehsallarda işləyən fəhlələrin sayı və bunların həmin
təyinatdan məhsul istehsal edən fəhlələrin ümumi sayında xüsusi çəkisi;
- kombinələşmiş istehsalların əsas fondlarının dəyəri və bunun eyni məhsul
istehsalında istismar olunan əsas fondların ümumi dəyərində xüsusi çəkisi;
-kombinələşmiş müəssisələrin istehsal həcmi;
- kombinələşmiş müəssisələrdə emal olunan xammalın növə görə sayı və s.
Kombinələşmənin bir proses kimi mürəkkəbliyi və bununla əlaqədar
kombinatların fəaliyyətinin kəmiyyət və keyfiyyət tərəfini xarakterizə edən vahid
bir göstəricinin tətbiqi mümükün deyildir. Elə buna görədir ki, kompleks
göstəricilərdən istifadə etməklə kombinatların fəaliyyətlərinin texniki, texniki-
iqtisadi, iqtisadi və sosial cəhətlərini öyrənmək və müəyyən nəticələr əldə etmək
və habelə, onları ümumiləşdirmək mümkündür.
Sənayedə kombinələşmənin iqtisadi səmərəliliyinin ən ümdə istiqamətli
göstəricisi xammaldan istifadə səviyyəsini yüksəltməklə eyni həcmdə əmək
cismindən daha çox məhsul istehsalını təmin etməsindədir. Konkret olaraq
kombinələşmə aşağıda göstərilən istiqamətlər üzrə ictimai əməyə qənaətlə
nəticələnir və istehsalın səmərəliliyini yüksəldir:
a) kombinatın əsas istehsallarında əmək predmetləri və vasitələrinə, iş
qüvvəsinə çəkilən xərclərə qənaət;
b) istehsalın təşkili ilə əlaqədar olan vəsaitə qənaət;
c) xammal bazasının genişləndirilməsi;
d) müəssisələrin cöğrafi baxımdan əlverişli yerləşdirilməsi;
e) xammal, hazır məhsul və yarımfabrikatların daşınma xərclərinə qənaət;
f) istehsal ehtiyatları həcminin ciddi surətdə azalması və s.
Dostları ilə paylaş: