Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə33/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   29   30   31   32   33   34   35   36   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

F
t
=F
əs
/V
 
Fondverimi göstəricisi istehsal əsas fondlarından istifadə səviyyəsini 
səciyyələndirir. Lakin, məsələn, o, əmtəəlik məhsula görə hesablanırsa, bu halda 
fondverimi göstəricisi məhsul istehsalına çəkilən xərclərin nisbi qənaətini nəzərə 
almır.
Buna görə də fondverimi göstəricisinin xalis məhsul əsasında hesablanması 
daha məqsədəuyğundur. Bundan başqa, fondverimi səviyyəsinin əməyin fondla 
silahlılığı (istehsal heyətinin hər nəfərinə düşən əsas fondların dəyəri) və əmək 
məhsuldarlığının (istehsal heyətinin hər nəfərinə düşənməhsulun dəyəri) artması 
nisbəti, məhsulun maya dəyərinin azalması və onun keyfiyyətinin yaxşılaşması, 
mənfəətin və rentabelliyin artması ilə müşayət olunmalıdır. 
İstehsal əsas fondlarından, daha doğrusu, onun aktiv hissəsi olan istehsal 
avadanlıqlarından istifadə edilməsinin səmərəliliyini xarakterizə edən xüsusi 
(texniki) göstəricilər müxtəlif amillərdən, məsələn, vaxtdan, gücdən (vaxt 
vahidinə), təzələnmə dərəcəsindən və s. asılı olaraq əsas fondlardan istifadə 
səviyyəsini xarakterizə edir.
Avadanlığın ekstensiv yüklənməsi əmsalı (K
ekst
) ondan vaxta görə istifadə 
səviyyəsini xarakterizə edir və eynitipli avadanlığın hər bir qrupu üzrə aşağıdakı 
düsturla müəyyən olunur: 
K
ekst
=F
f.v
/F

Burada, F
f.v
-avadanlığın faktiki iş vaxtı, saatla; 
F
n
-avadanlıqdan mümkün istifadə vaxtıdır (rejim, plan və ya həqiqi vaxt 
fondu), saatla. 
5. İstehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsi öz əksini həm 
də istehsal gücündən istifadədə tapır. Firmanın istehsal gücü-müəyyən dövr 
ərzində (məsələn, ay, rüb, il) elm və texnikanın ən yeni nailiyyətlərnin, mütərəqqi 
texnoloji proseslərin və qabaqcıl istehsalat təcrübəsinin geniş tətbiqi, əməyin və 
istehsalın təşkilinin təkmilləşdirilməsi əsasında, mövcud istehsal fondlarından tam 
istifadə etməklə optimal nomenklaturada, çeşiddə və keyfiyyətdə müəyyən məhsul 
buraxılışı üzrə maksimum imkandır. İstehsal gücü ayrı-ayrı sexlər, aqreqatlar, 
xətlər üzrə də müəyyən edilir.


İstehsal gücü istehsal bölmələrinin (müəssisə, sex, istehsal sahəsi, iş yeri) il 
ərzində məhsul buraxmaq üzrə maksimum imkanlarını xarakterizə edən, istehsal 
potensialını əsaslandırmaq üçün çox qiymətli və hesablama metodikası nisbətən 
mürəkkəb olan texniki-iqtisadi göstəricidir.
İstehsal gücü il üçün bütün məhsulun nomenklaturası üzrə hesablanır. Hər bir 
məhsul növü üzrə istehsal gücü-natural ölçü vahidlərində, ayrı-ayrı məhsul növləri 
üzrə isə-dəyər və natural ifadədə müəyyən edilir. Geniş nomenklaturalı məhsul 
buraxan müəssisələrdə istehsal gücü hesablanarkən mövqelərin iriləşdirilməsi, yəni 
konstruktiv və texnoloji cəhətdən yekcins məmulatların təmsil olunan 
məmulatlarla birləşdirilməsi mümkündür.
Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə 
bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparici sexlərinin gücünə görə 
müəyyən edilir; çünki bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar 
hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda 3 növ istehsal gücünü bir-
birindən fərqləndirirlər.: 
a) layihə gücü-tikinti layihəsinin texniki sənədlərindəgöstərilən istehsal gücü; 
b) cari istehsal gücü-mənimsənilmiş istehsal gücü; 
c) ehtiyat istehsal gücü. 
Fasiləsiz istehsal prosesi əsasında işləyən müəssisələr üçün istehsal gücü-
ildəki təqvim günlərinin sayı və günün uzunluğu əsasında hesablanır. Əsas sexləri 
iki və ya bundan az növbədə işləyən müəssisələr üçün istehsal gücü-avadanlığın 
ikinövbəli, bəzi müəssisələr üçün isə üçnövbəli iş rejimi əsasında müəyyən edilir.
İstehsal gücünü hesablayarkən yalnız onun həcminə təsiredici deyil, 
müəyyənedici və həlledici rol oynayan amillər nəzərə alınır. Həmin amillər 
aşağıdakılardır: 
1. İl ərzində, istismara daxil edilən və istehsaldan götürülənləri nəzərə 
almaqla, qurulmuş avadanlıqların sayı; 
2. İl ərzindəki dəyişikliklər nəzərə alınmaqla, istehsal meydançalarının 
sajhəsi; 
3. Avadanlığın vaxt fondu; 
4. Avadanlığın qabaqcıl, texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq 
norması və məhsulun əməktutumluğu. 
6. İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılmasının iqtisadi 
əhəmiyyəti olduqca böyükdür. Onlardan səmərəli istifadə olunduqda məhsul 
buraxılışı artır və beləliklə, məhsul vahidi istehsalına sərf edilən maddiləşmiş 
əməyin miqdarı (konkret olaraq istehsal əsas fondlarını təmsil edən 
amortizasiyanın məbləği) azalır. Məlumdur ki, istehsal əsas fondlarına hesablanan 


amortizasiya ayırmaları istehsal həcmindən asılı deyil və istehsal əsas fondlarının 
ömür müddətinə görə hesablanır.
Əsas istehsal fondlarının sabit qaldığı şəraitdə onlardan istifadəni 
yaxşılaşdırmaqla məhsul istehsalının artırılması yeni əsas fondlar yaratmadan 
(əsaslı tikinti yolu ilə) istehsalın genişləndirilməsinə bərabər hesab olunur. 
Buradan belə nəticə çıxır ki, əsas fondlardan istifadənin yaxşılaşdırılması yeni əsas 
fondların yaradılmasına tələbatı azaltdığına görə əsaslı vəsait qoyuluşlarına qənaət 
etməyə imkan yaranır. 
Əsas fondlardan istifadənin yaxşılaşdırılması onların dövriyyəsinin 
sürətlənməsi deməkdir. Nəticədə, il ərzində əsas fondların vahidindən alınan 
məhsulun miqdarı artır ki, bu da istehsal gücünün nisbi mənada genişləndirilməsi 
deməkdir.
Müəssisədə əmək vasitələrindən istifadənin yaxşılaşdırılması iki yolla: 
ekstensiv və intensiv istifadə yolları ilə həyata keçirilir. Əmək vasitələrindən 
ekstensiv istifadənin əsas istiqamətləri onlara texniki xidmətin səmərəli təşkili, 
keyfiyyətli təmir, təmir müddətinin azaldılması, boşdayanmaların (günərzi, 
növbəboyu və növbədaxili) minimuma endirilməsi və s-dir. Əmək vasitələrindən 
intensiv istifadə isə prosesə az canlı əmək tətbiq etmək yolu ilə vaxt vahidi ərzində 
istehsal edilən məhsulun (görülən işin həcminin) və xidmətin miqyasca 
çoxaldılmasıdır. Bu halda əmək vasitəsinin texniki parametrlərindən-gücündən, 
sürətindən-yüksək səviyyədə istifadə olunur.
Avadanlıqlardan ekstensiv istifadə dedikdə, avadanlığın işləmə müddətinin 
uzadılması, onlardan vaxta görə istifadənin yaxşılaşdırılması nəzərdə tutulur. Buna 
aşağıdakılar aiddir: 
- avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə 
təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təchizi, texnoloji prosesin düzgün 
təşkili. Bütün bunlar boşdayanmalara, qəzalara yol verməməyə, avadanlığın işləmə 
vaxtını artırmağa imkan yaradır; 
- müəssisələrdə ayrı-ayrı istehsal sexləri və sexlər arasında aşkar edilən 
uyğunsuzluqların aradan qaldırılması; 
- hazırlıq-tamamlama işlərinə və köməkçi əməliyyatlara vaxt sərfinin 
azaldılması. 
Avadanlıqlardan gücə görə istifadə avadanlığın iş intensivliyinin artırılmasına 
əsaslanır. Avadanlıqdan istifadənin intensivlik göstəricisi vaxt vahidində hər bir 
avadanlıq üzrə istehsal olunan məhsulun miqdarı, başqa sözlə, yerinə yetirilən işin 
kəmiyyətidir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin