gələ bilməz, ya da lazım olduğundan artıq istehsal vasitələri tədarük edə bilər.
Tələbatların hesablanmasında iki məlumat-qəbul edilmiş sifarişlər portfeli, daha
dəqiq desək, təsdiq olunmuş istehsal proqramı və materialın məsrəf norması
həlledici rol oynayır.
Materiala tələbatın hesablanması qaydası onun istehlakı
xüsusiyyətlərindən və hesablama üçün zəruri məlumatların mövcudluğundan asılı
olaraq müəyyən edilir. Hesablama metodlarından ən geniş yayılanı birbaşa
hesablama metodlarıdır və onlar aşağıdakılardır:
a) məmulat üzrə hesablama metodu;
b) hissə (detal) üzrə hesablama metodu;
c) oxşarlğa görə hesablama metodu (anoloji metod);
d) nümunəvi təmsilçiyə (tipik nümayəndəyə) görə hesablama metodu. Bu
metodlar ayrı-ayrı məhsullar üzrə istehsal proqramı və materialdan məsrəf norması
bu və ya digər şəkildə məlum olduğu təqdirdə tətbiq edilir.
Dostları ilə paylaş: