Bazarın seqmentləşdirmə vəziyyətinin öyrənilməsi ilə sonradan məhsul üçün
seqmentin düzgün seçilməsi və bununla da firmanın rəqabət mübarizəsində davam
gətirmək məsələsi həll edilmiş olur. Bazar seqmentinin perspektivli, dəyanətli
olmasını dəqiq öyrənmək orada iştirak edəcək firma üçün ciddi və önəmli
məsələdir. Perspektivi, genişlənmə imkanı olmayan seqmentə istehsal gücünü
istiqamətləndirmək firmanın iflasa uğraması demək olardı. Marketinq fəaliyyəti,
habelə firma üçün həyati məsələ, seçiləcək seqmentin onun üçün hansı səviyyədə
səmərəli olacağının əvvəlcədən müəyyən edilməsidir. Bazar seqmentinin seçilməsi
işində nəzərə alınacaq vacib amillərdən biri də həmin seqmentdə firmanın nə
səviyyədə işləyəcəyinin müəyyən edilməsidir. Nəhayət, firma öz məhsulunu
realizə etmək üçün seçmiş olduğu seqmentdə rəqabət mübarizəsində öz gücünü
əvvəlcədən müəyyən etməlidir. Seqmentlər daha 4 əlamət üzrə öyrənilir və təhlil
edilir. Bunlar:
coğrafi-yəni seqmentin öyrənilməsində bazarın hansı regionda,
şəhərdə yerləşməsini,
demoqrafik-bazar seqmenti öyrənilərkən istehlakçıların yaş-
cins tərkibi, təhsili, peşə tərkibini,
psixoqrafik-istehlakçıların yaşayış tərzi, onların
şəxsi keyfiyyətləri üzrə potensial istehlakçıların seçilməsini,
istehlakçının
Dostları ilə paylaş: