Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə58/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   54   55   56   57   58   59   60   61   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

haqqı xərcləri elementinə firmanın bütün işçi heyətinin əmək haqqının 
ödənilməsi ilə əlaqədar məcmu xərclər: əsas və köməkçi fəhlələrin, mühəndis-
texniki işçilərin, qulluqçu və qalan digər kateqoriya işçilərin bütün əmək haqqı 
(əsas və əlavə) aid edilir. Sosial sığorta ayırmaları xərc elementinə ölkə 
qanunvericiliyinə uyğun olaraq işçilərə ödənilən bütün növ əmək haqqının ümumi 
məbləğinə mütənasib olaraq Dövlət Sosial Sığorta Fonduna məcburi ayırmalar 
daxildir. Əsas fondların amortizasiyası xərc elementinə əsas fondların balans 
dəyərinə görə ölkə qanunvericilik aktlarında nəzərdə tutulandan yüksək olmayan 
normalarla hesablanmış amortizasiya (köhnəlmə) ayırmaları uçota alınır. 
Məhsulun maya dəyərinin “sair xərclər” elementində istehsalın hazırlanması və 
mənimsənilməsi 
xərcləri, 
istehsalın 
təşkili 
və 
texnologiyasının 
təkmilləşdirilməsinə, məhsulun keyfiyyətinin yüksəldilməsi tədbirlərinə sərf edilən 
cari məsrəflər, ixtiralar və səmərələşdirici təkliflərlə əlaqədar məsrəflər əks 


etdirilir. İstehsal məsrəflərinin iqtisadi mahiyyətinə görə qruplaşdırılmasının 
firmanın təsərrüfat maliyyə fəaliyyətinin nəticələrinin təhlil edilməsində və 
mühasibat uçotunun təşkilində mühüm əhəmiyyəti vardır. Lakin xərclər iqtisadi 
mahiyyətinə görə təsnifləşdirildikdə onun hansı məhsula sərf edildiyi məlum 
olmadığından bu cür təsnifləşdirmədən müəssisədə istehsal edilən hər bir növ 
məhsul vahidinin maya dəyərinin hesablanmasında istifadə olunması mümkün 
deyildir. Buna görə də məhsul vahidinin maya dəyərinin hesablanmasında 
məsrəflərin kalkulyasiya maddələri üzrə təsnifləşdirilməsi sistemindən istifadə 
edilir. Kalkulyasiya (latın sözü olub, hesablama, hesab mənalarına uyğun gəlir) 
xərclərin daşıyıcısının məhsulun hər vahidinin istehsalı və satışına məsrəflərin 
hesablanmasıdır. Kalkulyasiyanın xərc maddələri aşağıdakılardır: 1) xammal və 
materiallar; 2) satın alınmış dəstləşdirici məmulatlar, yarımfabrikatlar, müəssisəyə 
kooperasiyalaşma yolu ilə göstərilən xidmətlər; 3) qaytarılan tullantılar; 4) 
texnoloji ehtiyaclar üçün sərf edilən yanacaq və enerji; 5) istehsal fəhlələrinin əsas 
əmək haqqı; 6) istehsal fəhlələrinin əlavə əmək haqqı; 7) sosial sığorta ayırmaları; 
8) yeni istehsalın hazırlanması və mənimsənilməsi xərcləri; 9) xüsusi təyinatlı 
alətlər və tərtibatların alınması xərcləri və sair xüsusi xərclər; 10) avadanlıqların 
istismara yararlı vəziyyətdə saxlanılması və istismarı xərcləri; 11) sex xərcləri; 12) 
ümumzavod xərcləri; 13) zay məhsul hesabına yaranan itkilər; 14) sair istehsal 
xərcləri; 15) istehsaldankənar xərclər. Qeyd olunan bu xərc maddələrinin 1-11-ci 
maddələrinə aid edilənlərin cəmi məhsulun sex maya dəyərini, 1-14-cü 
maddələrinə aid olunanların məcmusu məhsulun istehsal maya dəyərini ifadə 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin