1. Məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər, başqa sözlə,
uyğun
olaraq məhsulun istehsal maya dəyəri və tam maya dəyəri; həmin xərclər cari
məsrəflərdir və məhsul satışından əldə edilən gəlirlər hesabına ödənilir.
2. İstehsalın genişləndirilməsi və yeniləşdirilməsi ilə əlaqədar olan xərclər. Bu
xərclər yeni məhsulun yaradılması və mövcud məhsulun modernləşdirilməsinə sərf
olunan birdəfəlik xərclərdir. İqtisadi mahiyyətinə görə bu xərclər əsaslı
vəsait
qoyuluşlarına aid edilirlər.
3. Firmanın sosial-mədəni, mənzil-kommunal,
məişət və qeyri-istehsal
ehtiyaclarına sərf edilən xərclərdir. Bu xərclər istehsalla birbaşa əlaqədar
olmadıqlarından məhsulun maya dəyərinə daxil edilmir və onlar,
əsasən
müəssisənin mənfəəti hesabına maliyyələşdirilir.
Xərclərin iki əsas: a) istehsal
məsrəflərinin iqtisadi elementlərinə (xərclər smetası) görə və b) xərc maddələrinə
(kalkulyasiya) görə təsnifləşdirmə sistemi mövcuddur.
Məhsulun istehsal
məsrəflərinin iqtisadi elementlərinə-bu, xərclər smetası da adlandırılır – məhsulun
maya dəyərinə daxil edilən müxtəlif resursların məsrəfləri iqtisadi mahiyyətinə
görə qruplaşdırılır. Buraya daxildir: 1. Material xərcləri (geri qaytarılan, istifadəsi
mümkün olan tullantıların dəyərini çıxmaqla; 2. Əmək haqqı xərcləri; 3.
Sosial
sığorta ayırmaları; 4. Əsas fondların amortizasiyası; 5. Sair xərclər. Bu cür
təsnnifləşdirmə bütün firma və müəssisələr üçün nümunəvi və məcburidir.
Material xərcləri qrupuna istehsal planının yerinə yetirilməsi
üçün zəruri olan
xammal və materialların, texnoliji məqsədlər və cari təmir üçün istifadə edilən
materialların, avadanlığın təmir edilməsi üçün istifadə edilən ehtiyat hissələrinin və
aşınma nəticəsində sıradan çıxan alətlərin, tərtibatların və azqiymətli tezköhnələn
əşyaların dəyəri, həmçinin müəssisənin təsərrüfat ehtiyacları üçün istifadə edilən
bütün növ yanacağın və enerjinin satınalınmasına çəkilən xərclər aiddir.
Əmək
Dostları ilə paylaş: