Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə65/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   61   62   63   64   65   66   67   68   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Mənfəətin funksiyaları: firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi 
səmərəni xarakterizə edir; firmanın maliyyə resurslarının əsas elementidir; 
müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalaşması mənbəyidir. Müəssisə 
və istehsal firmalarında mənfəətin öz kəmiyyətinə, iqtisadi məzmununa və 
funksional təyinatına görə dörd göstəricisi formalaşır. Müəssisənin istehsal-
təsərrüfat və ya firmanın istehsal-kommersiya fəaliyyətinin əsas göstəricisi olan 
balans mənfəətidir. Verginin hesablanması üçün xüsusi göstərici-ümumi mənfəət, 
bunun əsasında isə vergi tutulan və vergiyə cəlb edilməyən mənfəət hesablanır. 
Vergilər və büdcəyə digər ödəmələr edildikdən sonra balans mənfəətinin qalan 
hissəsi xalis mənfəət adlanır. O, müəssisənin fəaliyyətinin son maliyyə nəticəsini 
xarakterizə edir. Balans mənfəətinə üç elementi: a) məhsulun reallaşdırılmasından, 
işlərin yerinə yetirilməsindən, xidmətlərin göstərilməsindən mənfəət (zərər), b) 
müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaşdırılmasından daxil olan
mənfəət (zərər), və c) reallaşdırmadan (satışdan) kənar əməliyyatların maliyyə 
nəticələri daxildir. Məhsulun (iş və xidmətlərin) reallaşdırılmasından mənfəət 
firmanın əsas fəaliyyətinin maliyyə nəticəsidir. Reallaşdırmadan mənfəət-
reallaşdırmadan mədaxillə (ƏDV-siz və aksizsiz) istehsal və reallaşdırma 
xərclərinin fərqi kimi müəyyən olunur. Firmanın əsas vəsaitlərinin və digər 
əmlakının reallaşdırılmasından daxil olan mənfəət (zərər) özünün balansında 
olan əmlakın satışından əldə olunur. Reallaşdırmadan kənar maliyyə nəticələrinə 
alınmış və ödənilmiş cərimə, peniya və digər sanksiya növlərinin saldosu, 


həmçinin hesabat ilində aşkar olunmuş keçmiş illərin mənfəəti, keçmiş illərdə 
silinmiş debitor borclarının ödənməsindən daxil olan məbləğ, müəssisənin 
hesablarında olan pul vəsaitlərinə görə ödənilən faizlər, digər müəssisələrin 
nizamnamə kapitalında pay iştirakından gəlirlər, qiymətli kağızlar üzrə gəlirlər və 
s. daxildir. Büdcəyə vergilər və digər ödənişlər köçürüldükdən sonra xalis mənfəət 
müəssisənin sərəncamına keçir. Müəssisə həmin mənfəətdən öz nizamnaməsinə 
uyğun istifadə edir.
4. Hər bir ölkənin vergi siyasətinin səmərəlilyi öonun öz funksiyalarını 
lazımınca yerinə yetirdiyi təqdirdə təmin oluna bilər. Bunlar: a) büdcəyə 
daxilolmalar dövlətin öz iqtisadi və sosial vəzifələrini relalaşdırmaq üçün kifayət 
məbləğdə olsun; b) geniş təkrar istehsalın fasiləsizliyi üçün yetərli olsun. Firmanın 
maliyyə siyasətinin mühüm istiqamətlərindən biri uçot işinin mötəbərliyi və vergi 
işinin düzgün planlaşdırılmasının təşkilidir. Vergi planlaşdırılmasının təşkilində 
məqsəd müəssisənin büdcə ilə qarşılıqlı münasibətlərinin səmərəli, həm də 
qanunvericiliyin tələblərinə müvafiq qurulmasıdır. Vergi planlaşdırılması işi vergi 
qanunları (Vergi Məcəlləsi və s.) əsasında aparılır. Hazırda Azərbaycan 
Respublikasında firma və müəssisələr dövlət büdcəsinə və büdcədənkənar fondlara 
aşağıdakı vergi və ayırmaları ödəyirlər: 
1) Əlavə edilən dəyərdən vergi (əlavə dəyər vergisi-ƏDV)-məhsulların, 
işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca reallaşan dəyər 
artımının bir hissəsinin büdcəyə alınması formasıdır. Əvvəla, əlavə dəyər vergisi 
birbaşa deyil, dolayısı ilə alınan vergi növüdür; əmtəənin, görülən işin və 
göstərilən xidmətlərin qiymətlərinə əlavə formasıdır. İkincisi, bu vergi növü 
istehsalçı müəssisələrin mənafelərinə toxunmur, O, məhsulların istehlakçılarına 
tətbiq edilən, daha doğrusu, onlardan alınan vergidir. İstehsalçı müəssisə və yaxud 
sahibkar, sadəcə olaraq, bu işdə vergi toplayan qismində çıxış edir. Hal-hazırda 
Azərbaycan Respublikasında əlavə dəyər vergisi 18% dərəcəsi ilə ödənilir. ƏDV 
məhsul istehsalının və göndərilməsinin, işlər görülməsinin bütün mərhələlərində 
ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin məbləği bu cür 
dövriyyədən hesablanan verginin məbləği ilə verilən hesab-fakturalara müvafiq 
surətdə əvəzləndirilməli olan verginin məbləği arasındakı fərq kimi müəyyən 
edilir. Məhsul satılarkən onun qiyməti əlavə dəyər vergisinin məbləği qədər 
artırılmalıdır.
2) Aksiz vergisi-müəyyən qrup kütləvi istehsal məhsullarının, zinət 
əşyalarının, habelə xidmətlərin (məsələn, alkoqollu içkilər, tütün məmulatları, neft 
məhsulları və s.)qiymətlərinə daxil edilən və alıcı tərəfindən ödənilən vergidir. 
Aksiz tutulmalı məhsulların siyahısı və onların aksiz dərəcələri respublika 
hökumətinin müvafiq qərarları ilə təsdiq edilir. 


3) Mənfəət vergisi-müəssisə və təşkilatların mənfəətindən qanunla 
müəyyənləşdirilmiş dərəcə ilə hesablanaraq dövlət büdcəsinə köçürülür. 1 yanvar 
2010-cu ildən mənfəət vergisinin dərəcəsi 20 faiz səviyyəsində müəyyən 
edilmişdir.
4) Mədən vergisi-ölkə ərazisindəki yeraltı sərvətlərdən səmərəli istifadə 
etmək və onlar çıxarılarkən ayrı-ayrı sahələr arasında rentabellik səviyyəsiilə 
əlaqədar rəqabət münasibətlərini tənzimləmək məqsədilə ödənilir. Mədən vergisini 
yalnız yerin təkindən faydalı qazıntıların çıxarılması ilə məşğul olan müəssisələr 
ödəyir. Bu vergiyə cəlb olunan faydalı qazıntı növlərini və vergi dərəcələrini 
hökumət təsdiq edir.
5) Əmlak vergisi-müəssisələrin balansında olan əsas vəsaitlərin məbləğindən 
1 faiz dərəcəsi ilə ödənilir.
6) Torpaq vergisi- müəssisə və təşkilatların mülkiyyətində və istifadəsində 
olan torpaqlardan səmərəli istifadəni təmin etmək üçün hər il torpaq vergisi tutulur. 
Verginin dərəcəsi torpağın təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və 
keyfiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və təsdiq 
edilir. 
7) Xarici iqtisadi fəaliyyətdən vergilər- firma, müəssisə və təşkilatların 
idxal-ixrac əməliyyatları həyata keçirməsinə görə büdcəyə ödədiyi gömrük vergi 
və rüsumlarıdır. 
8) Məcburi dövlət sosial sığorta haqqı- müəssisələr məcburi dövlət sosial 
sığorta haqqını hesablanmış əməyin ödənişi fondunun 22 faizi və işçiyə verilən 
əmək haqqının 3 faizi məbləğində Dövlət Sosial Müdafiə Fonduna ödəyirlər. 
9) Yol vergisi- ölkə ərazisinə daxil olan və avtomobil nəqliyyatı vasitələrinə 
malik bütün fiziki və hüquqi şəxslərdən yollardan istifadəyə görə tutulur. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin