Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Firmanın adi fəaliyyətindən daxil olan gəlirlərə



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə64/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   60   61   62   63   64   65   66   67   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Firmanın adi fəaliyyətindən daxil olan gəlirlərə istehsal edimiş məhsulun, 
göstərilmiş xidmətlərin və görülmüş işin satılmasından əldə edilən gəlirlər aid 
olunurlar. Satışdan gələn pul vəsaitinin məbləğini müəyyən etmək üçün satılan hər 
bir növ məhsulun bazar qiyməti onun sayına vurularaq cəmlənir. Firmanın icra 
etdiyi əməliyyatlardan gəlirlərə daxildir: firmanın kənar təşkilata müvəqqəti 
istifadə üçün verdiyi aktivlərə görə ödəniş haqqı kimi daxil olan gəlirlər; kəşflərə 
görə patent, sənaye məhsulu nümunələri, digər intellektual mülkiyyət növlərindən 
istifadə hüququna görə daxil olan gəlirlər; başqa təşkilatların nizamnamə 
kapitalında iştirak etməkdən daxil olan gəlirlər; firmanın başqa təşkilatlarla 
müştərək işgüzar əməkdaşlığından əldə olunan gəlirlər; banklar tərəfindən firmaya 


mənsub pul vəsaitlərindən istifadəyə görə faizlər aiddirlər. Məhsulların, 
göstərilən xidmətlərin və görülən işlərin satılması ilə bağlı olmayan gəlirlərə 
müqavilə şərtlərini pozduqlarına görə “müqabil tərəflərin” ödədikləri cərimələr, 
dəbbələmə pulu, peniyalar, təmənnasız, o cümlədən müqavilə əsasında bəxşiş kimi 
verilmiş aktivlər, iddia vaxtı keçmiş kreditor və deponent borcların 
qaytarılmasından gələn gəlirlər aid olunurlar. Fövqəladə hallarla əlaqədar daxil 
olan gəlirlərə onun təsərrüfatçılıq fəaliyyətində baş verən fövqəladə hadisələrlə 
bağlı daxil olan gəlirlərdir. Buraya yanğın, daşqın, qəza və digər təbii fəlakət 
halları üçün ödənilən sığorta ayırmaları, bərpası və istifadəsi mümkünsüz olan 
aktivlərin satılmasından əldə olunan pul vəsaitləri aiddir.
Bazar iqtisadiyyatı şəraitində mənfəətin əldə olunması müəssisənin 
yaradılması və fəaliyyətinin əsas məqsədidir. Bazarda firma xüsusiləşmiş əmtəə 
istehsalçısı kimi çıxış edir. Firma məhsula qiymət müəyyən edərək onu 
istehlakçılara satır və müəssisəyə pul mədaxili baş verir. Bu zaman mənfəət əldə 
olunur. Maliyyə nəticəsini müəyyən etmək üçün mədaxillə məhsulun maya 
dəyərini müqayisə etmək lazımdır. Əgər mədaxil maya dəyərindən çoxdursa, bu 
mənfəətin alınmasını göstərir. Müəssisə həmişə çalışır ki, mənfəət əldə etsin. Əgər 
mədaxil maya dəyərindən az olursa, müəssisə zərərə düşür, iflasa uğrayır. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin