Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


xərclər istehsalın həcminin dəyişməsindən (artıb azalmasından) asılı olmur  (normal mənfəət sabit xərcin tərkib elementidir), dəyişən xərclər



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə67/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   63   64   65   66   67   68   69   70   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

xərclər istehsalın həcminin dəyişməsindən (artıb azalmasından) asılı olmur 
(normal mənfəət sabit xərcin tərkib elementidir), dəyişən xərclər isə istehsalın 
həcminin dəyişməsindən asılı olaraq artıb və ya azalan xərclərdir. İstehsal 
prosesində istifadə olunan resursların həcmcə dəyişdirilməsinə müxtəlif vaxtlar 
sərf olunduğundan, qısamüddətli və uzunmüddətli dövrlər fərqləndirilir. 
Qısamüddətli dövr-müəssisənin öz istehsal güclərini dəyişməsi üçün ən qısa, 
lakin mövcud istehsal gucundən istifadə intensivliyini dəyişmək üçün kifayət olan 
zaman kəsiyidr. Firmanın mövqeyi və ya marağı baxımından uzunmüddətli dövr-
onun özünükü olan bütün resursların, o cümlədən, istehsal gücünün dəyişdirilməsi 
üçün kifayət edən vaxt intervalıdır. Qısamüddətli dövrdə müəssisə sabit istehsal 
gücündə daha çox dəyişən xərclər sərf etməklə istehsalın həcmini artıra bilər. 
Lakin müəyyən andan sonra müəssisədə sərf edilən dəyişən resursun (məsələn, 
əmək resursunun) hər sonrakı vahidinə daha az məhsul istehsal olunur. Bu , azalan 
verim qanunu adlanır. Firmanın məhsul vahidinə orta hesabla çəkdiyi ümumi 
xərclər orta xərclər adlanır. Təcrübədə bir qayda olaraq, məhsul vaidinin qiyməti 
ilə orta xərcləri müqayisə edirlər. Orta sabit xərclər ümumi sabit xərclərin 
məhsulun miqdarına nisbəti kimi müəyyən olunur. Sabit xərclərin məbləği 
istehsalın həcmindən asılı olmadığı üçün, orta sabit xərclər istehsalın həcmi 
artdıqca azalır. Orta dəyişən xərclər də, eyni ilə, ümumi dəyişən xərclərin 
məhsulun miqdarına nisbəti kimi hesablanır. Qiymətin əmələgəlməsinin 


qanunauyğunluğunun aşkar edilməsi üçün mühüm məsələlərdən biri də “xərclərin 
son həddi” anlayışının mahiyyətinin müəyyən olunmasıdır. Yəni, xərclərin son 
həddi firmanın sonrakı məhsul vahidinin istehsalı üçün çəkdiyi xərcləri, həmçinin 
bu məhsul qədər istehsalı azaltdıqda “qənaət edəcəyi” göstərir. Qiymətin 
əmələgəlməsi qanunauyğunluqlarını müəyyən etmək üçün bazaar şəraitlərini 
fərqləndirmək lazımdır. Bunlara xalis rəqabət, xalis inhisar, inhisarçı rəqabət və 
oliqopoliya aiddirlər. Bu dörd model bir-birindən sahədəki firma və müəssisələrin 
sayına görə fərqlənirlər.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin