mövqeyini saxlaması məqsədi. Bu halda rəqabət mübarizəsinin kəskinləşməsinin
mənfi nəticələrini aradan qaldırmaq və satışın azalmasının qarşısını almaq üçün
firma tərəfindən müxtəlif tədbirlərin işlənib hazırlanması tələb olunur; firma
bazarda qiymətin dinamikasını, bazara yeni məhsulların daxil olmasını, rəqiblərin
davranışını öyrənməli və təhlil etməli, öz məhsuluna müəyyən etdiyi qiymətlərin
bazaar qiymətlərindən kəskin kənarlaşmasının qarşısını almalı, istehsal və satış
xərclərinin azaldılmasına çalışmalıdır. 2. Firmanın bazarda öz satış payını artırması məqsədi. Firma bazarda yüksək paya malik olmaqla həm istehsal
xərclərini aşağı salmağa, həm də uzun zaman kəsiyində mənfəət əldə etməyə nail
olur. Firma, tələbin qiymətə görə elastic olduğu şəraitdə, məhsul vahidindən gəlirin
bir qədər azaldılması yolu ilə satışın həcmini artırmaq hesabına mənfəətin ümumi
məbləğini yüksəltməyi öz qarşısına məqsəd kimi qoyur. Firma bu halda hesab edir
ki, reallaşdırma həcminin artırılması istehsal və satış xərclərini nisbətən azaltmağa
imkan verir. 3. Firmanın öz likvidliyinin (ödəməqabiliyyətini) təmin olunması məqsədi. Bu, satış şərtlərinin müəyyən olunması ilə bağlıdır. Əgər firma etibarlı
sifarişçilərə malikdirsə, hesablaşmalarla bağlı problemlər yaranmırsa, onda bu, ona
stabil
ödəmə
qabiliyyətinin
olmasını
təmin
edir.
4.
Mənfəətin maksimumlaşdırılması məqsədi. Bu halda, firma öz cari mənfəətini
maksimumlaşdırmağa cəhd göstərir. O, təhlil vasitəsilə qiymətin müxtəlif
səviyyələrinə uyğun tələbin və xərclərin maksimal ödəndiyi qiymət səviyyəsini
seçir. Firmanın qiymət siyasətinin qeyd edilən uzunmüddətli məqsədləri ilə yanaşı
qısamüddətli məqsədləri də olur. Bunlara aşağıdakılar daxildir: bazar vəziyyətinin
sabitləşdirilməsi; qiymət dəyişməsinin tələbə təsirinin azaldılması; potensial
rəqabətin məhdudlaşdırılması; firmanın və ya məhsulun imicinin artırılması.
İstehsala edilən məhsula tələbin formalaşması qanunauyğunluqlarının tədqiqi
firmanın qiymət siyasətinin hazırlanmasında vacib mərhələdir. Tələbin həcminə
məhsula tələbat, əvəzedicilərin və rəqiblərin olmaması, potensial alıcıların
ödəməqabiliyyiti, onların zövqləri və s. kimi amillər təsir göstərir. Bu zaman
tələbin qiymət səviyyəsinə