Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə62/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   58   59   60   61   62   63   64   65   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Cəlb edilmiş vəsaitlərin əsas mənbələri isə aşağıdakılardır: 
a) Bank kreditləri; 
b) borc vəsaitləri; 
c) istiqrazların və başqa qiymətli kağızların satışından daxil olan vəsaitlər; 
d) kreditor borcları; 


e) hesablanması ilə köçürülməsi vaxtı arasında müddətdə əmələ gələn 
büdcəyə olan öhdəliklər; 
f) firma və ya müəssisənin əmək haqqı üzrə borc öhdəlikləri. 
Hər bir firmanın fəaliyyətinin başlıca maliyyələşdirmə mənbəyi onun xüsusi 
vəsaitləri hesab olunur. Xüsusi vəsaitlərin ilkin mənbəyi isə müəssisənin 
nizamnamə kapitalıdır (yaxud fondudur). Nizamnamə kapitalı müəssisənin 
fəaliyyətini təşkil və təmin etmək üçün mülkiyyətçilər (təsisçilər) tərəfindən 
verilən vəsaitlərin məbləğini əks etdirir.
2. Firma bazara daxil olduqda mühasibat informasiyalarının (maliyyə) 
hesabatlarının) istifadəçiləri artır. Bu istifadəçilərin birinci qrupuna-firmanın 
istehsal-kommersiya fəaliyyətinin idarə ediməsi ilə əlaqədar şəxslər, ikinci 
qrupuna-firmada işləməyən, lakin firmada birbaşa maliyyə marağı olan şəxslər – 
səhmdarlar, investorlar, müxtəlif kreditorlar, məhsul və xidmətlərin alıcıları və 
təchizatçılar və s., üçüncü qrupa-firmada dolayı marağı olanlar – müxtəlif maliyyə 
institutları, Vergi Nazirliyi, statistika orqanları, həmkarlar ittifaqları və s. daxildir. 
Müəssisənin maliyyə vəziyyətinin təhlili üçün informasiyaların mənbəyinə illik 
mühasibat uçotunun “Mühasibat balansı” (forma №1), “Mənfəət və zərərlər 
haqqında hesabat” (forma №2), “Kapitalın hərəkəti haqqında hesabat” (forma №3), 
“Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (forma №4), “Mühasibat balansına 
əlavə” (forma №5) aiddirlər. Müəssisənin balansı onun əmlakının tərkibini və bu 
əmlakın yaranma mənbəyini göstərir. Balans iki hissədən ibarət olur: aktiv və 
passiv. Aktiv hissədə müəssisənin əmlakı (aktivləri), passiv hissədə onun yaranma 
mənbəyi göstərilir. Aydındır ki, aktivlərin cəmi passiv hissənin cəminə bərabər 
olmalıdır. Müəssisənin xalis aktivləri onun ümumi aktivləri ilə ümumi 
öhdəliklərinin fərqi kimi müəyyən olunur. Müəssisənin maliyyə vəziyyətini əks 
etdirən göstəricilərindən biri onun ödəmə qabiliyyətidir. Ödəmə qabiliyyəti 
göstəricisi müəssisənin öz öhdəlikləri ilə hesablaşa bilmək qabiliyyətini göstərir və 
aşağıdakı kimi müəyyən olunur: 
- əmsalı vahiddən böyükdürsə, deməli, müəssisə öz öhdəliklərini yerinə 
yetirmək imkanına malik olur.
Firmanın özünün qısamüddətli öhdəliklərini yerinə yetirə bimək qabiliyyəti 
onun likvidliyi adlanır. Firma o vaxt likvid hesab olunur ki, o, öz dövriyyə 
vəsaitlərini reallaşdıraraq qısamüddətli öhdəlikləri ilə hesablaşa bilsin. Sonradan 
satılmaq üçün əldə olunmuş maşın və avadanlıqlar istisna olmaqla, əsas vəsaitlər 
əsasən müəssisənin qısamüddətli öhdəliklərinin ödənməsi üçün mənbə hesab edilə 
bilməz. Cari likvidlik əmsalı təsərrüfat fəaliyyətini aparmaq üçün müəssisənin 


dövriyyə vəsaitləri ilə ümumi təminatını və öhdəliklərini və təcili öhdəliklərinin 
vaxtında ödənilməsini xarakterizə edir 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin